Accessibility links

Merkel tezliklə Britaniya ilə Brexit danışıqlarına başlamaq istəyir


Almaniya kansleri Angela Merkel son seçkilərdən sonra Britaniyanın Avropa Birliyini tərk etməsi planını reallaşdırmağa davam edəcəyini güman edir. Bu səbəbdən kansler Brexit danışıqlarına tezliklə başlamaq istədəyini bildirib.

Konservativlərin erkən seçkilərlə parlamentdə sahib olduqları çoxluğu daha da möhkəmləndirmək niyyəti uğursuzluqla nəticələndi. Hakim partiyan nəinki çoxluğu artıra bilmədi, onlar təkbaşına hökümət formalaşdırmaq üçün lazım olan mütləq çoxluqda da məhrum oldular. Bu isə Avropa Birliyi ilə Brexit danışıqları öncəsi baş nazir Tereza Meyə əlavə çətinliklər yaradır.

Meksika səfəri zamanı Merkel Almaniyanın iyunun 19-na planlaşdırılan Brexit danışıqlarına hazır olduğunu bildirib. Merkel onu da əlavə edib ki, son seçkilərdən sonra Avropa Birliyindən çıxmaqla bağlı Tereza Mey həm partiya daxilində, həm də ictimaiyyət tərəfindən səslənəcək etirazlarla üzləşməli olacağını da anlayır.

Britaniya siyasətçilərinin Brexit danışıqları barədə müxtəlif gözləntiləri mövcuddur. Onlar bu addımı ölkənin ideoloji xəttində ciddi dəyişiklik kimi qiymətləndirirlər. Parlamentdə təmsil olunan bəzi konservativ və leyboristlər ölkənin Avropa Birliyində qalmasını istəyirlər.

Avropa Birliyi liderləri narahatdırlar ki, Tereza Meyin parlamentdəki mütləq çoxluğu itirməsi Brexit danışıqlarında qeyri-müəyyənliklərə səbəb ola bilər. Bu isə həm insanlar, həm də biznes qurumlar üçün çətinliklərlə nəticələnə bilər.

Merkel əlavə edib ki, Britaniya Brexit-siz də Avropanın bir parçasıdır və hər iki ölkənin yaxın tərəfdaşlıqlarına davam etməsini arzu edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG