Accessibility links

Qapanmadan çıxmağa hazırlaşan Almaniya və Britaniyada yeni virus dalğası


Qapanmadan çıxmağa hazırlaşan Almaniya və Britaniyada yeni virus dalğası
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Almaniya iki qərbi bölgəsində qapanma tədbirlərini bərpa etməyə vadar olub. Ət kombinatında virusun yayılması on minlərlə insana təsir göstərib. Bu, dünyada ət kombinatlarında ciddi yoluxma hallarına dair ikinci dalğadır. İndi avropalıları məhdudiyyətlərin yumşaldılmasının virusun yayılmasına bir daha səbəb olacağı düşündürür.

Avropada bir çox hökuməti qorxudan mənzərə koronavirus infeksiyasının yenidən başlaması ilə qapanmaya qayıtmadır.

Töennies ət kombinatında yüzlərlə işçi virusa yoluxub.

Dövlət rəsmiləri ölkə boyu qapanmaları ləğv etdikdən sonra iki rayonda məhdudiyyətləri bərpa edib.

“Məqsəd vəziyyəti sakitləşdirməkdir. Test proqramları artırılmalıdır. Virusun kombinatdan başqa digər yerlərə də yayıldığı müəyyən edilməlidir..” - deyə, Şimali Reyn-Vestfaliya ştatının qubernatoru Armin Laşet bildirib.

Sakinlər isə qapanmağa qayıtmaqdan narahatdır.

“Biz bir az təcrid olunmalıyır. Rasional baxımdan bu düzdür. Lakin bunun hər kəsi narahat etdiyinə inanıram. Azadlığımız bir qədər çoxalmışdı..” - deyə, yerli sakin Kerstin Yost Klayreve bildirib.

Almaniyada yeni virus dalğası Britaniya, ABŞ, Fransa və İspaniyanın ət kombinatlarındakı yayılmalardan sonraya təsadüf edir. Ekspertlərin fikrincə, kombinatlardakı durum virusun yayılmasına xidmət edir.

“Ətin soyudulması üçün temperatur rol oynaya bilər. Digər bir faktor çox da məhəl qoymadığımız oradakı aerozollar ola bilər..” - deyə, doktor Lotar H. Veyler bildirib.

Britaniya qapanma tədbirlərini azaltmağa başlayıb. İyulun 4-dən etibarən bu ölkədəki restoranlar, barlar, kino-teatrlar fəaliyyətini bərpa etməlidir. Lakin belə bir rahatlama təhlükəli ola bilər.

İkinci dalğa, ikinci qapanma ehtimalı Britaniyanın açılış rahatlığını kölgə altına alıb.

“Nə vaxtsa bu, qrip, soyuqdəymə və bunabənzər nəsə qayıda bilər Düzünü deyim, bu qərarları verən liderlərin vəziyyətində olmaq istəməzdim” , London sakini Xulio Nasçimento deyib.

Virusun ikinci dalğası infeksiyaya görə onsuz da dağılmış vəziyyətdə olan Avropa iqtisadiyyatı üçün böyük problem ola bilər.

XS
SM
MD
LG