Accessibility links

Almaniyada Bundestaqın təhlükəsizliyi üçün addımlar atılır


Almaniya parlamentinin aşağı palatası Bundestaqın təhlükəsizliyinin müdafiəsi üçün addımlar atılır. Buna səbəb ABŞ paytaxtında Konqres binasına hücum səbəb olub.

Bild am Sonntag yazır ki, Bundestaqın prezidenti Volfqan Şoyble deyib ki, Berlin polisi Reyxstaqın ətrafına qüvvə yerləşdirəcək.

Bundestaq sözçünü Şoyblenin qanunvericilərə bununla bağlı məktub göndərdiyini təsdiq edib. O, məktubda yazılanlar haqda ətraflı məlumat verməyib.

Bild am Sonntag yazır ki, Şoyble Xarici İşlər Nazirliyindən Vaşinqtondakı zorakılıqlarla bağlı hesabat, habelə federal hökumət və Berlinlə Bundestaqın necə qorunmasına dair plan hazırlamasını istəyib.

Ötən çərşənbə günü Tramp tərəfdarları Konqres ətrafında polisin qurduğu baryerləri keçərək Kapitoli binasına daxil olub.

Senat Baydenə verilən elektoral səsləri təsdiq etdiyi bir vaxt işinə fasilə verib, vitse-prezident Mayk Pens gizli xidmət tərəfindən yeraltı tunellərlə binadan çıxarılıb.

XS
SM
MD
LG