Accessibility links

Almaniya Çin ilə ticari əlaqələrini möhkəmləndirməyə çalışır


Almaniya kansleri Çinin güclü bazar iqtisadiyyatına malik olan ölkələrdən biri kimi qəbul ediləcəyini deyib

Almaniya kansleri Angela Merkel Avropa Birliyi liderlərinin bu ilin sonuna nəzərdə tutulmuş müzakirələrində Çinin güclü bazar iqtisadiyyatına malik olan ölkələrdən biri kimi qəbul ediləcəyini deyib. Lakin o deyib ki, Çin ilk növbədə öz intelectual mülkiyyətinin qorunmasında daha çox iş görməli və artımlı bazarlarına qapıları açıq saxlamalıdır. Xanım Merkel Çin Baş Naziri Ven Tsiabao ilə danışıqlardan sonra bu gün Pekində çıxış edib. Alman biznesləri iki nəhəng ixracatçı ölkə arasinda daha sıx ticari əlaqələr yaratmağa çalışır. Almaniya kanslerinin Çinə səfəri zamanı milyardlarla dollarlıq müqavilələr imzalanıb. Bunlara Çində Simens AG-nin buxar və qaz turbinlərinin inkişaf ı və Daimler AG yük maşınları istehsalı daxildir. Müqavilələr Çin və Almaniya arasında münasibətlərin normallaşmasına işarədir, belə ki, 2007-ci ildə Almaniyanın Tibet lideri dalay lamanı qəbul etməsindən sonra ölkələr ararsında soyuqluq yaranmışdı.

XS
SM
MD
LG