Accessibility links

Almaniya E-Koli bakteriyasından qaynaqlanan epidemiyanın səngidiyini bildirir (Yenilənib)


Almaniya E-Koli bakteriyasından qaynaqlanan epidemiyanın səngidiyini bildirir (Yenilənib)
Almaniya E-Koli bakteriyasından qaynaqlanan epidemiyanın səngidiyini bildirir (Yenilənib)

Almaniyanın səhiyyə naziri Daniel Bahr ölkədə Avropanın son zamanlar baş qaldıran E-Koli bağırsaq bakteriyasından qaynaqlanan epidemiyanın səngidiyini desə də həmin xəstəlikdən daha iki nəfərin öldüyü bildirilir. Bu gün səhiyyə rəsmiləri ilə keçirilən yığıncaqdan dərhal sonra ictimai televiziya ilə çıxışında nazir deyib ki, böhranın qarşısının alındığını demək tezdir, lakin son məlumatlar buna ümid verir.

Dünün Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri Almaniyada E-Koli bakteriyasının mənbəyinin heç zaman məlum olmayacağını bildirdilər. İndiyədək E-Koli epidemiyasından 25 nəfərin ölıdüyü, 2600 nəfərdən çoxunun xəstələndiyi deyilir. Bu insanların çoxu Almaniya sakinləri və ya ölkənin şimalına səyahət edənlərdir.

XS
SM
MD
LG