Accessibility links

Almaniyanın təklif etdiyi yeni qatarlar karbon-dioksin tullantılarını azaldacaq


Almaniyanın təklif etdiyi yeni qatarlar karbon-dioksin tullantılarını azaldacaq
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Almaniya hökuməti bu yaxınlarda avtomobil və binalardakı karbon tullantılarına görə vergi ödəmək planını ortaya qoyub. Belə bir plan sürətli avtomobilləri ilə tanınan və gənclərinin iqlimə uyğun nəqliyyat tələb edən bir ölkə üçün böyük bir addımdır. Almaniya təkilf etdiyi yeni qatarları ilə karbon tullantısını azaltmaq və gənc iqlim fəallarını sakitləşdirmək niyyətindədir.

Sentyabr ayının sonunda Almaniya uşaqları və gəncləri hər cümə günü iqlim dəyişikliyinə etiraz olaraq keçirilən nümayişlərə yeni qatarla gedib. Onlar yaşlıların da onların etdiyini təkrarlamalarını istəyib. Etirazçı Lina: “Biz siyasətçilərin uçuşlardan çox dəmir yollarının tikintisini artıracağına ümid edirik.”

Gənc etirazçılar yollarda nəqliyyatın, səmada isə təyyarələrin azalmasını tələb edir. Helena: “Fikrimcə qısa həftə sonu səfərlər üçün insanların təyyarədən istifadə etməsi dəlilikdir. İki gün üçün bunu etmək lazım deyil. Görün bu nə qədər karbon dioksidə səbəb olur. "

Nyu-Yorkda BMT-nin İqlim Dəyişikliyi Sammitindən əvvəl Almaniya kansleri Angela Merkel uçuşlara vergini artırmağı və qatar biletlərinə vergini azaltmağı planlaşdırdığını deyib.

O, qatardan istifadə edən sərnişinlərin sayının artırılması məqsədilə hökümətinin dəmir yol şəbəkəsinin modernləşdirilməsi üçün 2030-cu ilə qədər hər il 1.1 milyard dollar sərmayə qoyacağına söz verib. Bu pulun bir hissəsi tullantıları sıfır dərəcədə olan və batareya ilə işləyən qatarların istehsalına xərclənəcək.

Batareya qatarlarını Berlinin kənarında yerləşən Kanadanın Bombardier şirkəti istehsal edir.

Batareya qatarları proqramının baş mühındisi Stefan Von Maç bu qatarların istifadəyə gələn il veriləcəyini deyir. "Qısa müddətdə Avropadakı regional və ya şəhərlərarası dizel qatarlarının əksəriyyətini batareya qatarları ilə əvəz edə biləcəyik. Məqsəd istər günəş, istərsə də külək enerjisi olsun - akkumulyator qatarlarını hərəkətə gətirməkdir. ”

Almaniyanın qatarları idarə edən `Deutsche Bahn` şirkətinin apardığı araşdırmaların nəticələri qatarların təyyarələr, avtomobillər və ya avtobuslardan qat-qat az karbon-dioksid buraxdığını göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG