Accessibility links

Almaniya Bundestaqı yeni COVID-19 tədbirlərini təsdiqləyib


Almaniya parlamentinin Aşağı Palatası Bundestaq cümə axşamı Almaniyanın Robert Koç adına Xəstəliklərə Nəzarət və Profilaktikaı İnstitutunun (RKI) yeni əks tədbirlər görülmədiyi təqdirdə "dəhşətli Milad" xəbərdarlığından bir gün sonra yeni COVID-19 tədbirlərini təsdiqləyib.

Almaniyanın yeni hakim koalisiyası olan Sosial Demokratlar, Yaşıllar və Azad Demokrat Partiyalarının başçılıq etdiyi Bundestaqın yeni qaydaları iş yerlərində və ictimai nəqliyyatda insanlardan tam peyvənd və ya sağalma haqda, eləcə də mənfi COVID-19 testinin sübutun təsdiqləyən sənədləri göstərməyi tələb edir.

Yeni parlament 2020-ci ilin mart ayında tətbiq edilən "milli narahatlıq doğuran epidemiya vəziyyəti" çərçivəsində mövcud qaydaları uzatmayıb və bu, Almaniyanın federal hökumətinə səyahət məhdudiyyətləri tətbiq etmək kimi ümummilli tədbirlər görməyə imkan verib. Qaydaların müddəti noyabrın 25-də başa çatır. Almaniya kansleri Angela Merkel onların müddətini uzatmağa çağırmışdı.

Merkel yeni hakim koalisiya rəsmən formalaşana qədər kansler vəzifəsini müşahidəçi kimi icra edəcək. Yeni qaydalar hələ də parlamentin Yuxarı Palatası olan Bundesrat tərəfindən təsdiqlənməlidir.

Bu addım Robert Koç adına Xəstəliklərə Nəzarət və Profilaktikaı İnstitutunun cümə axşamı ölkədə 65 371 yeni yoluxma halının qeydə alındığı vaxt atılır. Pandemiyanın başlanğıcından bəri ən yüksək göstərici 60 mindən çox idi.

İnstitut bundan əlavə 7 gün ərzində hər 100 min adamdan 336-nın inveksiyaya yoluxduğunu bildirib.

İnstitutun çərşənbə günü Almaniyanın Saksoniya ştatının qubernatoru ilə virtual danışan prezidenti Lotar Viler xəstələnənlərin sayı sürətlə artdığı üçün bu rəqəmlərin əslində daha yüksək ola biləcəyini deyib. Saksoniya hazırda Almaniyada COVID-19-un episentri hesab olunur. Orada yoluxma nisbəti hər 100 min nəfərə 761-dir.

Viler dərhal klubların və barların bağlanması kimi yeni əks tədbirlərin görülməsinə çağırıb və "biz həqiqətən pis Milad keçirəcəyik" deyib.

XS
SM
MD
LG