Accessibility links

Frankfurtun “Opernplatz” meydanı gecə yarıdan sonra bağlanacaq


Almaniyanın Frankfurt şəhərinin polisi və təhlükəsizlik rəsmiləri bazar ertəsi həftə sonu şəhərin opera meydanında zorakılıqla nəticələnən və 39 nəfərin həbs olunmasına səbəb olan hadisədən sonra gec toplantılarının qadağan edildiyini bildirib.

COVID pandemiyası səbəbindən Almaniyada klublar və barların bağlı olması səbəbindən yerli sakinlər vaxtlarını "korona gecələri" adlandıraraq, "Opernplatz" meydanında keçirirdi.

Rəsmilər şənbə günü belə bir yığıncağa 3000 nəfərin qatıldığını və gecənin dinc keçdiyini bildirib. Lakin Frankfurt polisinin rəisi Gerhard Beresin sözlərinə görə, bazar günü erkən saatlarda toplaşanlar arasında dava olub və polis onları dayandırmağa çalışıb. O, polisin yaralanan bir şəxsə yardım etmək istəyərkən insanların onlara şüşə butulkalar atdığını deyib.

Beres polisə şüşə butulkalar atan 39 şübhəlinin nəzarət altına alındığını, 8 nəfərin bazar günü həbsdə saxlandığınl bildirib. Polisin dediyinə görə, həbs edilən 39 nəfərdən 29-u Frankfurta başqa-başqa yerlərdən gəlib.

Bazar ertəsi Frankfurtda keçirilən mətbuat konfransında Beres və Frankfurt Təhlükəsizlik Bürosunun müdiri Markus Frank zorakılıqları qınayıb, cümə və şənbə günləri gecə yarısından sonra meydanın bağlanacağını bildirib. "Frankfurta bunun üçün gəlməyə dəyməz" - deyə, Markus Frank şəhərdə asayişi pozan qonaqlara mesaj göndərmək istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG