Accessibility links

Almaniya kansleri ölkədə COVİD məhdudiyyətlərinin uzadılacağını bəyan edib


Almaniya kansleri Angela Merkel cümə axşamı ölkədə COVID-19 məhdudiyyətlərini uzatma qərarını müdafiə edərək, virusun yevi variantlarının təhlükə yaratdığını və keçən il olduğu kimi, ikinci bir dalğaya səbəb olan səhvləri təkrarlamaq istəmədiyini deyib.

Çərşənbə günü Almaniyanın 16 ştatının qubernatoru ilə görüşündən sonra Merkel bazar günü sona çatması gözlənilən mövcud COVID-19 məhdudiyyətlərinin martın 7-nə qədər uzatmaq qərarına gəlindiyini bildirib.

Alman parlamentinin aşağı palatası olan Bundestaqda çıxış edən Merkel deyib ki, 2020-ci ildə ildə infeksiyaların ikinci dalğasının qarşısını almaq üçün kifayət qədər iş görülmədi və səhiyyə rəsmiləri indi COVID- un daha güclü variantının yayılması barədə xəbərdarlıq edib. O, səhvlərindən dərs almalarının gərək olduğunu deyib.

Noyabr ayının sonlarında Almaniyada gündəlik yoluxmaların sayının azalması mövcud məhdudiyyətlərin yumşaldılması çağırışlarına səbəb oldu. Gözəllik salonları kimi bəzi müəssisələrə və məktəblərə sərt gigiyena məhdudiyyətləri ilə daha tez açılmasına icazə verildi.

Merkel ölkənin virusla mübarizədə olduğunu və opponentlərinin tarixlərə əhəmiyyət vermədiyini, infeksiya nisbətlərinə diqqət yetirdiyini deyib.

Onun sözlərinə görə, hökumət yeddi gün ərzində 100 000 adamdan 35-də COVID-19 infeksiyası yoluxma halına çatdıqda məhdudiyyətlərin ləğvi üçün növbəti addımları nəzərdən keçirəcək.

Almaniyanın yoluxucu xəstəliklər üzrə Robert Koç İnstitutunun çərşənbə günü bildirdiyinə görə, son yeddi gün ərzində hər 100 min nəfərdə 68 yoluxma nisbəti var.

İnstitut cümə axşamına qədər ölkədə son bir gündə 10237 yeni yoluxma, 666 ölüm halının qeydə alındığını bildirib. Koronavirus başladığı gündən bəri ölkədə yoluxanların ümumi sayı 2.31 milyon, ölənlərin sayı isə 63 635-ə çatdığı bildirilib.

XS
SM
MD
LG