Accessibility links

Almaniya rəsmiləri COVID-19-un üçüncü dalğasının qarşısının alındığını bildirib


Almaniyanın səhiyyə rəsmiləri cümə günü ölkənin COVID-19-un üçüncü dalğasının qarşısını aldığını bildirsə də, pandemiyanın hələ sona çatmadığına dair xəbərdarlıq edib.

Robert Kox Yoluxucu Xəstəliklər İnstitutunun (RKI) prezidenti Lotar Veylerlə birgə çıxış edən Almaniyanın səhiyyə naziri Yens Span Almaniyanın ciddi məhdudiyyətlərin tətbiq edildiyi 400 şəhər və əyalətinin əksəriyyətində həftəlik yoluxma nisbətlərinin 100000 nəfərə 100-dən aşağı olduğunu bildirib.

Span deyib ki, əldə olunan uğurlarla Almaniya vətəndaşlarının sosial qaydalara əməl etmələrinin və bir neçə dəfə qapanmalara məruz qalmalarının payı olub.

"Üçüncü dalğanın qarşısını inamla və ehtiyatla, peyvəndlə və bir-birimizə qayğı və inamla ala bildik. Bunu birlikdə etdik" - deyə, Span bildirib.

Span Almaniyanın peyvənd proqramının yaxşı irəlilədiyini, əhalinin təxminən 40 faizinin COVID-19 peyvəndinin azı bir dozasını, təxminən 13 faizinin tam dozasını aldığını, koronavirusa yoluxma hallarında azalmanın və peyvənd nisbətində davamlı artmanın ürəkaçan əlamətlər olduğunu deyib.

Veyler isə deyib ki, Robert Koç İnstitunun (RKI) apardığı son rəy sorğularının nəticələri əhalinin 73%-nin peyvənd vurdurmaq istədiyini və Almaniyada "peyvənd hazırlığının yüksək səviyyədə olduğunu" göstərib.

Lakin həm Veyler, həm də Span pandemiyanın sona çatmadığı barədə xəbərdarlıq edib. Span COVID-19 testinin mənfi olduğu və ya peyvənd sertifikatı təqdim etdikləri təqdirdə Berlin və digər yerlərdə pivə barları, kafe və restoranların aylar sonra ilk dəfə cümə günü müştərilərə açıq havada xidmət göstərməyə hazırlaşdıqları üçün insanları ehtiyatlı olmağa çağırıb.

XS
SM
MD
LG