Accessibility links

Merkel Baydenlə razılaşma imkanlarının daha geniş olduğunu deyib


Almaniya kansleri Angela Merkel cümə axşamı əvvəlki administrasiya ilə müqayisədə ABŞ-ın yeni prezidenti Co Baydenlə razılaşmaq imkanının daha çox olduğunu deyib. O, eyni zamanda Almaniya və Avropanın keçmişdə olduğu kimi ABŞ-ın yardımına bir o qədər də ehtiyacı olacağını düşünmədiyini bildirib.

Merkel Berlində jurnalistlərlə inaqurasiyadan sonra Baydenin imzaladığı sərəncamlara baxdıqda, onunla razılaşmaq üçün əhatənin daha böyük olduğunu görə bildiyini deyib.

Merkel Baydenin Ümumdünya Səhiyyə Təşkilatında qalma və Paris iqlim razılaşmasına yenidən qoşulmaq qərarının, eləcə də mühacirət problemləri ilə bağlı fikirlərinin ABŞ-la Almaniyanın birlikdə çalışa biləcəyi sahələr olduğunu bildirib. Lakin o, ABŞ-ın yeni prezidenti ilə bütün məsələlərdə tam siyasi razılığa gəlinməyəcəyini bildiyini də əlavə edib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampla münasibəti gərgin olan Merkel deyib ki,Trampın prezidentliyi dövründə Almaniya və Avropanın diplomatik və hərbi sahələrdə ABŞ-a bir o qədər də güvənə bilinməyəcəyini başa düşüb. O, hələ də belə hiss etdiyini bildirib.

“Ancaq yaxşı xəbər budur ki, biz, Almaniya və Avropa Birliyi buna hazırıq. Lakin əməkdaşlıq ortaq etimada əsaslanır" - deyə, Merkel bildirib.


XS
SM
MD
LG