Accessibility links

Almaniyada siyasi böhran: Merkel erası sonamı çatır?


Avropa İttifaqının iqtisadi sabitliyə malik olan ölkəsi siyasi böhrana bürünüb. Almaniyada koalisiya hökumətinin təşkili dalana dirənib, koalisiyaya üzv ola biləcək 4 partiya arasında ciddi fikir ayrılıları var. Bunlara miqrasiya, iqtisadi siyasət və gələcək avrointeqrasiya məsələləri daxildir.

Merkelin liberal siyasəti nəticəsində 2015-ci ildən bəri ölkəyə 1,2 milyon qaçqın gəlib. Bu da bəzi seçiciləri ifrat sağçı AfD-yə yönəldib.

Almaniya kansleri Angela Merkel bu gün ölkə prezidenti ilə görüş keçirib.

Sol-mərkəzçi Sosial Demokratlar (SPD) Merkellə koalisiyaya qayıtmağı istisna edib. Elə kanslerin özü də deyib ki, azlıq hökumətinə liderlik etməyəcək. Bununla da yeni seçkinin keçirilməsinin mümkünlüyü gündəmə gəlib.

Müzakirələrin uğursuzluğu xəbəri Asiya bazarlarında avronun dollar və yen qarşılığında dəyər itirməsinə səbəb olub.

Almaniya kansleri Xristian Demokratlar (CDU), Yaşıllar və Azad Demokratlarla (FDP) üçtərəfli koalisiya formalaşdıra bilməyib.

Sentyabr seçkilərində Xristian Demokrat Birliyi səs çoxluğu qazanıb. Lakin bu partiya parlamentdə ifrat sağçıların populyarlığının artması ilə yerlərini itirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG