Accessibility links

Almaniyanın 3 əyalətində parlament seçkiləri keçirilir


Almaniyada 3 əyalətdə - Baden-Württemberg, Rheinland-Pfalz və Saksoniya-Anhaltda parlament seçkiləri keçirilir.

Bu seçkilər Almaniya kansleri Angela Merkel üçün imtahan sayılır.

Merkelin qaçqınlarla bağlı “açıq qapı” siyasətinə qarşı olan Almaniya Alternativ Partiyasının səslərini artıracağı gözlənilir. Bu partiyanın hazırkı şüarları “Sərhədlərin təhlükəsizliyini təmin edin”, “qaçqın xaosuna son qoyun”dur.

Berlində isə təxminən 2 min adamın iştirakı ilə Merkelin əleyhinə etiraz aksiyası keçirilib. Aksiyaçılar kanslerin istefasını tələb edib. Onlar “Merkel getməlidir”, “Xalq bizik” şüarları səsləndiriblər.

XS
SM
MD
LG