Accessibility links

Almaniyada qatara hücum olub


Bavariyanın daxili işlər naziri Xoakim Hermann deyir ki, polis bazar ertəsi qatarda balta və bıçaqla insanlara hücum edən yeniyetməyə aid əşyalar arasında əl ilə çəkilmiş İslam Dölvəti qrupunun bayrağı aşkar edib.

Çərşənbə axşamı bayraq aşkar ediləndən bir az sonra İŞİD Aamaq xəbər agentliyi vasitəsilə hücuma görə məsuliyyəti öz üzərinə alıb.

Bəyanatlarına əsasən, hücumçu “İslam Dövlətinin üzvü” olub və hücumu qrupun qərb ölkələrinə qarşı hücum çağırışlarından sonra planlaşdırıb.

“Almaniyada bıçaqlama hücumunu həyata keçirən İslam Dövlətinin döyüşçülərindən biri idi,” deyə xəbər agentliyi bildirib.

İŞİD bir neçə hücumlara görə məsuliyyəti öz üzərinə götürüb, amma qrup və bu hücumları həyata keçirlənlər arasında əlaqənin olub-lmadığı aydın deyil. Əgər bu hücum arxasında həqiqətən İŞİD varsa, bu qrupun Almaniyanı hədəf aldığı ilk hücum olmuş olacaq.

Şahidlərin dediyinə görə, hücumçu hücum zamanı “Allahu Əkbər” deyə qışqırıb.

Hücum nəticəsində çinli bir ailə üzvləri daxil olmaqla, bir neçə nəfər yaralanıb. İki nəfər kritik vəziyyətdədir.

Hücumçu, 17 yaşlı əfqan qaçqın hadisə yerindən qaçmağa çalışarkən polis tərəfindən vurularaq öldrülüb. Hermann gəncin Almaniyanın Oşsenfurt şəhərində yaşadığını bildirib.

Rəsmilər hücumun məqsədi ilə bağlı heç bir spekulyasiya etməyib. Onlar Oşsenfurt və Vurzburq şəhərləri arasında qatar marşrutunun bağlandığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG