Almaniya prokurorları bildirirlər ki, iki nəfərin Rusiya üçün Almaniya, Avropa İttifaqı və NATO üzərində casusluq etməsini aşkar ediblər.
Bu həftə federal prokurorlar yalnız Andreas və Heidrun A. kimi tanınan şəxslərin casusluq maddəsi ilə ittiham olunduqlarını bildiriblər. Cütlüyün Almaniyada 20 ildən artıq vaxt keçirdiyi iddia olunur. Onlar bu müddət ərzində Rusiyadan göstəriş aldıqları adamlara məlumatları radio vasitəsi ilə, internetdə və əvvəlcədən müəyyət etdikləri yerlərdə “xəlvət” əşyalar və materiallar qoymaqla ötürürdülər.
Almaniya rəsmilərinin bildirdiyinə görə 2008-ci ildən 2011-ci ilə qədər onlar həmçinin Almaniya xarici işlər nazirliyindəki xəfiyyələri vasitəsilə Avropa İttifaqı və NATO-ya aid sənədlər əldə edirdilər. Ötürdükləri məlumatlara görə onlara illik $125 000 ABŞ dolları ödənilib.
Almaniya polisi əslən Cənubi Amerikadan olan cütlüyü bir il əvvəl həbs etmişdi. Rəsmilər deyir ki, onlar SSRİ və Berlin Divarı dağılmamışdan əvvəl Almaniya ərazisinə Avstriya vətəndaşları qismində daxil olmuşdular.