Accessibility links

Almaniyanın xarici işlər naziri Vladimir Putinlə görüşüb


Almaniyanın xarici işlər naziri Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı danışıqlar aparıb. Frank-Valter Ştaynmayer dünən Moskvaya dəvət edildikdən sonra cənab Putin ilə bir saatdan çox söhbət edib.

Görüşdən öncə Ştaynmayer Rusiya-Ukrayna böhranının hazırkı durumu ilə bağlı ümidlərin az olduğunu bildirib. O bu açıqlamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra bildirib.

Ştaynmayer deyib ki, o və xarici işlər naziri Lavrov münaqişənin ən tez zamanda aradan qaldırılması üçün sentyabrda keçirilən Minsk razılaşmasının ən güclü əsas olduğuna inanır.

Dünən Kiyevi tərk etməzdən öncə Ştaynmayer münaqişədə iştirak edən hər iki tərəfi sentyabr ayında Rusiya tərəfdarı separatçılar və Ukrayna höküməti arasında imzalanan atəşkəs müqaviləsinin şərtlərinə əməl etməyə çağırıb.

Cənab Putin ötən həftə sonu Avstraliyanın Brisbon şəhərində keçirilən Böyük İyirmiliyin (G20) sammitində ABŞ Prezidenti Barak Obama, Kanadanın Baş naziri Stiven Harper və Avstraliyanın Baş naziri Toni Abbot tərəfindən Rusiyanın Ukraynadakı zorakılıqlarına görə tənqid olunub.

Alımaniyanın Bild qəzetinə müsahibəsində Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, onun ölkəsi Rusiya ilə müharibə ehtimalına hazırdır.

NATO bildirib ki, Rusiya Ukraynanın daxilində və sərhəddə hərbi mövcudluğunu ciddi şəkildə gücləndirib.

XS
SM
MD
LG