Accessibility links

Almaniya Donald Trampın ticarət kəsiri və idxal rüsumu ilə bağlı sərəncamlarını tənqid edir


Şənbə günü Almaniyanın İqtisadiyyat naziri Bricit Zipris deyib ki, ABŞ prezidenti Donald Trampın ticarət kəsiri və idxal rüsumundan yayınma ilə bağlı sərəncamları Vaşinqtonun azad ticarət və beynəlxalq razılıqlardan uzaqlaşmağa çalışdığına işarədir.

Angela Merkel və Donald Tramp
Angela Merkel və Donald Tramp

Cümə günü Tramp imzaladığı iki sərəncamla öz administrasiyasına ABŞ-ın ticarət kəsirlərinin səbəblərini araşdırmağı və ticarət qaydalarını pozan ölkələrə qarşı tədbirlər görməyə dair göstəriş verib. O, bunun ABŞ işçiləri və biznesləri üçün yeni səhifənin başlanğıcı olacağını deyib.

“Biz konstruktiv dialoq aparıb, ABŞ-a ticarət kəsirlərinin səbəbini təkcə xaricdə axtarmamalı olduğunu anlatmalıyıq”, deyə nazir bildirib. O, bu məsələni may ayında Vaşintona səfəri zamanı amerikalı həmkarları ilə müzakirə edəcəyini də qeyd edib.

İllər boyu Birləşmiş Ştatlar Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyadan ixrac etdiyindən daha çox mal idxal edib. Buna səbəb alman şirkətlərinin yüksək rəqabət gücü və ABŞ istehlakçılarının Almaniya mallarına böyük tələbidir.

Biz konstruktiv dialoq aparıb, ABŞ-a ticarət kəsirlərinin səbəbini təkcə xaricdə axtarmamalı olduğunu anlatmalıyıq.
Bricit Zipris

ABŞ-ın Almaniya ilə ticarət kəsiri son on ildə artıb. Almaniya Federal Statistika İdarəsinin verdiyi məlumata görə, 2006-cı ildə 28,8 milyard avro təşkil edən kəsir 2016-cı ildə 49 milyard avroyadək artıb.

Trampın ticarət məsələləri üzrə müşaviri Piter Navarro Almaniyanı avronu dəyərindən aşağı səviyyədə saxlamaqla digər ölkələri istismar etməkdə günahlandırıb.

Bu, Almaniya kansleri Angela Merkelin sərt tənqidlərinə səbəb olub. O, avrodan Avropa Mərkəzi Bankının məsul olduğunu və mərkəzi bankın siyasi cəhətdən müstəqil olduğunu deyib.

Bundan əlavə cümə günü Almaniya xarici işlər naziri Siqmar Qabrielin Avropa İttifaqını beş Aİ üzv ölkəsindən polad ixracına tarif tətbiq etmək planına görə Birləşmiş Ştatları Ümumdünya Ticarət Təşkilatına şikayət etməyə çağırması da, Almaniya ilə Birləşmiş Ştatlar arasında gərginliyin artdığına işarədir.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG