Accessibility links

Almaniyanın Trir şəhərində avtomobilin piyadaları vurması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb


Almaniyanın qərbində Trir şəhərinin polisi şəhərin mərkəzində bir avtomobilin piyada əraziyə keçməsi nəticəsində azı 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib.

Hadisə yerində jurnalistlərə açıqlama verən Trir şəhərinin polis idarəsinin sözçüsü Karl-Piter Yohem günorta polis idarəsinə sürücünün avtomobilini insanların üzərinə sürdüyü barədə zəng gəldiyini deyib.

Şahidlər yerli mediaya tünd boz rəngli Range Rover markalı avtomobilin insanları vurduğunu deyib.

Yohem polislərin avtomobili saxlaya bildiklərini və hadisə yerində 51 yaşlı Almaniya vətəndaşının həbs edildiyini deyib. Sözçü həmin şəxsin təkbaşına hərəkət etdiyinə inanıldığını və hücumun səbəbi barədə sorğu-sual edildiyini bildirib.

Polis şəhər mərkəzinin mühasirəyə alındığını və vertolyotların hadisənin baş verdiyi ərazinin üzərində uçduğunu bildirib.

Yerli qəzet xəbər verib ki, valideynlərdən övladlarını məktəbdən daha tez götürmələri istənilib.

Bələdiyyə rəsmiləri sakinlərin şəhər mərkəzindən uzaq durmaları barədə xəbərdarlıq edib. Yerli çevik qüvvələr və polis hadisə yerində qalıb.

2016-cı ildə Berlində Milad bazarında 12 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən yük maşını hücumundan sonra Almaniya ölkədə piyadalar üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Trir şəhəri Frankfurtdan 200 kilometr qərbdə, Lüksemburqla qərb-mərkəz sərhəddə yerləşir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG