Accessibility links

Almaniya rəsmiləri Türkiyədə həbsdə olan jurnalistlə görüşüb


Almaniyanın xarici işlər nazirinin müavini Mihayel Roth

Almaniya rəsmiləri Die Welt qəzetinin müxbiri Deniz Yücellə onun həbsindən sonra ilk dəfə olaraq İstanbulda görüşərək, jurnalistin durumunun yaxşı olduğunu deyib, lakin onun həbsdə qalmasından narahatlıqlarını bildirib. Rəmilər jurnalistin dərhal azad edilməsinə çağırıb.

Almaniyanın xarici işlər nazirinin müavini Mihayel Roth müxbirlərə Deniz Yücelin Almaniyanın baş konsuu Corc Birgelen və Almaniya konsulluğunun vəkili görüşdüyünü bildirib.

"Onun durumu bütün şərait nəzərə alınsa yaxşıdır, amma təkadamlıq kamerada olması ağırdır"-deyə Roth bildirib.

Deniz Yücel Die Welt
Deniz Yücel Die Welt

Bu, Yücelin terrorçu təbliğat yaymaq və nifrətə təhrik etmək ittihamları ilə həbsindən sonra onun konsulluq rəsmilərilə ilk kontaktıdır. Jurnalist ona qarşı ittihamları rədd edib. Yücel fevral ayının ortlarında ölkənin enerji nazirinin elektron poçt hesabının haker hücumuna məruz qalması haqda məlumat verdikdən sonra saxlanılıb və ayın sonu rəsmən həbs edilib.

Roth Türkiyə hökumətinə jurnalistlə görüşə icazə verildiyinə görə təşəkkürünü bildirib və deyib ki, Almaniya Yücellə konsulluq rəsmiləri arasında görüşülərin davam etdiriləcəyini gözləyir və onun azad edilməsi üzərində işləyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalistin işini qeyd etməsinə toxunan Roth həbsin siyasi və hüquqi tərəflərindən danışıb.

O, Yücelin Türkiyədə saxlanılan 100-dən jurnalistdən biri olduğunu deyərək, məsələnin Türkiyə rəsmiləri ilə müzakirə edildiyini bildirib.

"Qanunun aliliyi, demokratiya və mətbuat azadlığı bütün danışıqlarda böyük yer alıb. Mən bunu bir daha vurğulamışam ki, bu, bir işə aid deyil, bu, Türkiyədə ümumiyyətlə jurnalistlərlə bağlı duruma aid məsələdir"-deyə Roth bildirib.

Jurnalistin həbsi Almaniya və Türkiyə arasında son aylarda gərginliyə səbəb olan məsələlərdən biridir.

Qanunun aliliyi, demokratiya və mətbuat azadlığı bütün danışıqlarda böyük yer alıb. Mən bunu bir daha vurğulamışam ki, bu, bir işə aid deyil, bu, Türkiyədə ümumiyyətlə jurnalistlərlə bağlı duruma aid məsələdir
Mihael Roth

Almaniya parlamentinin 20-ci əsrin əvvələrində ermənilərin Türkiyədə qətllərinin "genosid" kimi tanınmasına dair qətnaməsi və Ərdoğan haqda alman komediya ustasının şeri keçən il iki ölkə arasında münasibətlərdə gərginliyə səbəb olmuşdu.

Türkiyə rəsmilərinin Almaniyada yaşayan Türkiyə vətəndaşları arasında prezident Ərdoğanın səlahiyyətlərinin artırılmasına gətirib çıxara biləcək referenduma dəstək mitinqləri keçirmək cəhdləri Almaniya rəsmiləri tərəfindən narazılıqla qarşılanıb və bir neçə tədbir təxirə salınıb. Bu, Ərdoğanın Almaniya rəsmilərini nasistlər kimi davranmaqda ittiham etməsi ilə nəticələnib. Almaniya kansleri Angela Merkel isə öz növbəsində Türkiyə prezidentinin açıqlamalarını kəskin şəkildə qınayıb.

Almaniyanın xarici işlər nazirinin müavini Mihayel Roth deyib ki, Türkiyəyə səfərin bir məqsədi də gələcəkdə münasibətlərdə gərginliyin artmasına yol verməməkdir. O bildirib ki, nasistlərlə müqayisə tamamilə qəbuledilməzdir və Almaniya tərəfindən "böyük zərbə" kimi qarşılanır.

XS
SM
MD
LG