Accessibility links

Almaniyanın xarici işlər naziri Ukraynadadır


Almaniyanın xarici işlər naziri Ukraynanın iki şərq regionunda müstəqillik elan edildikdən sonra Ukrayna hökuməti ilə rusiyapərəst separatçılar arasında danışıqların başlanmasına kömək etmək üçün ölkəyə səfər edib.

Frank-Valter Steinmeyer Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlanmış planın bir hissəsi olaraq milli dialoqa kömək etmək üçün Ukraynadadır.

Ukraynanın şərqi Donetsk regionu öz müstəqilliyini elan edib və Moskvadan Rusiyaya birləşmək məsələsini nəzərdən keçirməsini istəyir.

Şərqi Luqansk regionunun rusiyapərəst lideri də regionun müstəqilliyini elan edib.

Bazar günü hər iki regionda keçirilən iki fərqli referendumda separatçılar Ukraynadan ayırlmaq üçün 90 faiz səs toplayıb. Nəticələr müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Ukraynanın xarici işlər naziri seçkilərin qeyri-peşəkar şəkildə keçirildiyini və Qərb və Ukrayna agentliklərinin keçirdiyi sorğunun nəticələrinin şərqdə yaşayan insanların əksəriyyətinin Ukraynanın tərkibində olmaq istədiyini göstərdiyini deyib.
XS
SM
MD
LG