Accessibility links

Almaniya Ukrayna danışıqlarına ev sahibliyi edəcək


Almaniyanın Xarici İşlər nazirliyi Rusiya, Ukrayna, Almaniya və Fransanın nümayəndələrinin bu həftə Berlində Ukraynada vəziyyətlə bağlı danışıqlar keçirəcəyini bildirib. Görüşün məqsədi Ukraynanın şərqində sülhə dair razılaşmanın həyata keçirilməsi üçün səylərin artırılmasına nail olmaqdan ibarətdir.

Almaniya Xarici İşlər nazirliyinin sözçüsü Martin Şayfer bazar ertəsi günü bildirib ki, "Ukraynanın şərqində ağır və pisləşməkdə olan vəziyyətlə əlaqədar" Almaniya bu ölkələrin nümayəndələri ilə görüş təyin edib. Danışıqlarda ATƏT-in nümayəndəsi də iştirak edəcək.

Ukrayna hökuməti Rusiyanın 2014-cü ildən Krım yarımadasını işğal etməsindən sonra ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla mübarizə aparır. Münaqişə nəticəsində 10 min insan həyatını itirb.

Ukraynanın şərqində ağır və pisləşməkdə olan vəziyyətlə əlaqədar Almaniya bu ölkələrin nümayəndələri ilə görüş təyin edib
Martin Şayfer

Diplomatlar 2015-ci ildə Ukraynanın şərqində sülhə nail olmaq məqsədilə əldə edilmiş Minsk razılaşmalarının həyata keçirilməsi ilə bağlı Rusiya və Ukrayna arasında fikir ayrılıqlarının azaldılmasına çalışır. Danışıqlar Almaniya və Fransanın vasitəçiliyi ilə keçirilir.

Qərb ölkələri Krımın işğalı və Ukraynanın şərqində separatçılara dəstəklə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Avropa ölkələrinin liderləri Minsk razılaşmalarının şərtlərinə əməl olunmayınca Rusiyaya qarşı sanksiyaların saxlanılmasına çağırır.

XS
SM
MD
LG