Accessibility links

Almaniyada izdiham üzərinə maşın sürülüb


Almaniyanın şimal-qərbində yerləşən Muenster şəhərinin polisi bildirir ki, maşının izdihamın üzərinə sürülməsi nəticəsində ölən və yaralananlar var.

Polis spekulyasiyalar yürütməməklə bağlı xəbərdarlıq edib. Onlar yerli insanları şəhər mərkəzindən uzaq durmağa çağırıb.

Reuters xəbər agentliyi 30 nəfərin yaralandığını barədə məlumat verib.

Almaniya Daxili İşlər Nazirliyi bildirir ki, azı dörd nəfər ölüb, təxminən 30 nəfər yaralanıb. Almaniyanın Bild xəbər agentliyinin verdiyi məlumata görə, altı nəfərin xəsarətləri kritikdir.

Hadisə yerinə xilasetmə komandaları gedib, ərazi bağlanıb. Polis hücumla əlaqəsi olanları axtarır.

Bəzi mənbələr sürücünün özünü güllələyərək öldürdüyünü bildirir, lakin polis bu məlumatı təsdiqləməyib. Onlar bunun hücum olduğunu təsdiqləməsə də, hadisə daha öncə Almaniya və Fransada baş verən hücumları xatırladır.

XS
SM
MD
LG