Accessibility links

Almaniyada ultra-sağçılar mühacirət qanunlarına etiraz edir


Almaniyanın Cologne şəhərində küçələrə toplaşan yüzlərlə ultra-sağçı nümayişçi Yeni il ərəfəsində şəhərdə baş vermiş cinsi təcavüzlərə və oğurluq hadisələrinə etiraz edib.

Şimali Afrikadan olan ərəb əsillilərin ittiham olunduğu hücumlar ölkədə mühacirət qanunlarının sərtləşdirilməsi dair çağırışları intensivləşdirib.

Bu gün mühacirlərə qarşı olan Pegida hərəkatının tərəfdarı yüzlərlə nümayişçi bayraqlar və bannerlər qaldırıblar. Onlarla yanaşı ayrı bir qrup - solçular isə sağçıların bu nümayişinə etiraz edib.

İki qrup arasında kiçik qarşıdurmanın qarşısını almaq üçün şəhərin qatar dayanacağına yüzlərlə polis cəlb olunub.

Almaniya kansleri Angela Merkel cinayət törətmişlərin qaçqın statusu almasının qarşısını alan qanunu asanlaşdırmağa dair təkliflər paketi təqdim edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG