Accessibility links

Almaniyanın birləşməsindən 25 il keçir


Bu gün Almaniya birləşməsinin 25 ilini qeyd edir.

Dövlət bayramı olan oktyabrın 3-ü, 1990-cı ildə Şərqi Almaniya ilə Qərbi Almaniyanın yenidən bir-biri ilə birləşdiyi gün kimi qeyd olunur. Berlində Almaniyanın birliyinin simvolu olan Brandenburq Qapısında bayram mərasimləri keçirilir.

Avropa lideri və iqtisadi qüdrət kimi özünə mövqe tutan Birləşmiş Almaniya Şərqi Almaniyada böyümüş iki siyasətçi tərəfindən idarə olunub. Onlar kansler Angela Merkel və prezident Yoahim Qauçdur. Merkel Şərqi Almaniyada alim, Qauç isə keşiş və demokratiya fəalı olub.

Ölkə mili bayramını hazırda iki ciddi problemlə üzləşərək qeyd edir. Onlardan birincisi record sayda miqrantın ölkəyə axını, ikincisi isə Volksvaqen şirkətinin qlobal fırıldağıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG