Accessibility links

Alpinistlərin axtarışına avstriyalı mütəxəssislər cəlb edilib [Video]


Alpinistlərin axtarışı davam edir-Tufandağ
Alpinistlərin axtarışı davam edir-Tufandağ

Mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə olub

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən (Bakıdan 190 kilometr şimal) Tufandağı istiqamətində yürüşə çıxan zaman itkin düşmüş "Gilavar" - Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Naimin Bünyatzadənin axtarışı yanvarın 5-də davam etdirlib. Axtarışlara xarici mütəxəssislər də cəlb edilib.Bununla yanaşı, alpinistlərdən hələ də xəbər yoxdur.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə,Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olub.

“Xarici mütəxəssislərin səfərinin məqsədi Fövqəladə Hallar Nazirliyinin dağ-xilasedicilərinin bilik və vərdişlərinin, həmçinin peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri keçirməkdir. Təlim məşqləri hər il əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir. Bu gün Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qərara alınıb ki, builki məşqlər Quba rayonu ərazisində real şəraitdə aparılsın. Bundan başqa, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulub”, nazirlik bildirir.

Avstriyalı mütəxəssislər Tufandağda
Avstriyalı mütəxəssislər Tufandağda

Məlumatda deyilir ki, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır.

Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma təhlükəsi artıb. Qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir.

“Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib, nazirlik bildirir.

XS
SM
MD
LG