Accessibility links

İranda AlpOrhan adına şəxsiyyət vəsiqəsi verilməyib


AlpOrhan
AlpOrhan

Tehranın qeydiyyat idarəsi türk adlarını qəbul etmir

İranın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi Tehran sakini Firuz Yusifinin 50 gün öncə dünyaya gələn oğluna seçdiyi türk AlpOrhan adı ilə şəxsiyyət vəsiqəsi verməyib.

Oğluna seçdiyi adın Tehran vilayətinin qeydiyyat idarəsi tərəfindən rədd edildiyinə dair rəsmi sənədi Facebook səhifəsində yayan Firuz Yusufi uşağı üçün başqa bir ad seçməyəcəyini vurğulayıb.

“Tehran vilayətinin ad komitəsi Firuz bəy Yusifinin oğlu üçün AlpOrhan adının seçilməsinə icazə vermir,” deyə Tehran qeydiyyat idarəsinin rəsmisi Davud Osalının imzasını daşıyan sənəddə yazılıb.

“Oğlumun dünyaya gəlməsindən 50 gün keçir və onun hələ şəxsiyyət vəsiqəsi yoxdur,” deyə qeyd edən Firuz Yusifi uşağın valideyni kimi illər keçsə belə seçdikləri ad və verdikləri qərardan dönməyəcəyini ifadə edib.

“Biz AlpOrhanın valideynləri uşağımız üçün seçdiyimiz türk adın həm məna, həm də fonetik gözəlliyini bilir, İran və dünya qanunları çərçivəsində hüquqlarımızı tanıyırıq. Öz vətəndaşlıq haqqımızdan istifadə etmək istiqamətində qəti qərar vermişik. İllər keçsə də AlpOrhandan başqa heç bir ad seçməyəcəyik,” deyə Yusifi öz Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG