Accessibility links

Altay Göyüşov: Dünyəvi müxalifət sıradan çıxarılır [Video-Müsahibə]


Altay Göyüşov: Ciddi problemlərə doğru gedirik
please wait

No media source currently available

0:00 0:12:25 0:00

“İki il bundan öncə - baxmayaraq ki, xeyli insan Azərbaycanda həbsdə idi, repressiyaların qızğın çağı idi – mən gələcəyə baxışla əlaqədar kifayət qədər pozitiv idim, amma indi həmin vaxtdan iki il keçmiş, mən müxtəlif səbəblərdən deyə bilərəm ki, iki il bundan öncəki kimi pozitiv deyiləm,” deyə Altay Göyüşov Azərabycanın ciddi problemlərə doğru getdiyini vurğulayır.

Vaşinqtonda qısa səfərdə olan tarixçi Azərbaycanda mövcud siyasi durumla bağlı fikirlərini Amerikanın Səsinə müsahibədə paylaşıb.

Sekulyar hərəkat təkcə SSRİ-nin gətirdiyi bir nailiyyət deyildi. Bu, bizim maarifçilik hərəkatından bu yana formalaşmış özünəməxsus bir hərəkat idi.

Cənab Göyüşovun sözlərinə görə Azərbaycanda keçirilmiş konstitutsiya referedumunun ardınca, dünyəvi müxalifətin zəiflədilməsi nəticəsində ölkədə siyasi aktivliyin səviyyəsi xeyli düşüb. Onun fikrincə, dünyəvi müxalifətin sıxışdırılması heç də cəmiyyətdə narazılığın yox olmasının göstəricisi deyil. Əksinə, xalqın narazılığının ifadəçisi olaraq dindar qüvvələr daha da aktivləşib.

“Tarixən Azərbaycanda ictimai-siyasi həyatda önə keçən, sistemə qarşı mübarizə aparan qüvvələr dünyəvi qüvvələr olub. İstər 1917-ci ildə, istərsə də 1980-ci illərin sonunda belə olub,” deyə Göyüşov sekulyarizmin Azərbaycanda dərin siyasi köklərə sahib olduğunu vurğulayır. “Ancaq son proseslərin fonunda sekulyar müxalifət zəifləyib və cəmiyyətə təsir imkanlarını itirib.”

Altay Göyüşov ölkədə repressiya apparatının günü-gündən gücləndiyini və azad fəaliyyət məkanının daraldığını önə çəkir. Onun sözlərinə görə, sekulyar müxalifətin fəaliyyəti üçün imkanların olmaması cəmiyyətdə ifrat və təhlükəli tendensiyalara yol aça bilər.

İlqar Məmmədov
İlqar Məmmədov

Avropa Şurası Parlament Assambleyası ətrafında dolaşan korrupsiya qalmaqalını şərh edən Göyüşov yaranmış durumdan çox elə təəccüblənmədiyini qeyd edir.

“Azərbaycanda idarəçilik sistemi çox ciddi şəkildə korrupsiya üzərində qurulub,” Göyüşov bildirir. Onun sözlərinə görə, sistem vaxtaşırı öz sərhədlərini aşaraq xarici əlaqələrə və qurumlara da sirayət edir ki, AŞPA ətrafında yaranmış qalmaqal buna bir nümunədir.

Altay Göyüşov hesab edir ki, uzun müddətdir həbsdə olan REAL hərəkatının lideri İlqar Məmmədova qarşı qərəzli münasibət Azərbaycan hökumətinin bu hərəkata olan ümumi münasibətinin göstəricisidir. Avropa Məhkəməsinin və başqa mötəbər qurumların çağırışlarını inadla qulaqardına vurması da bu qərəzdən irəli gəlir. “Hökumət birmənalı şəkildə bu tələblərə qulaq asmır və İlqar Məmmədovu həbsdən buraxmaq istəmir.” Təəssüf ki, Məmmədovun azad edilməsi istiqamətində səylər öz nəticəsini verməyib, deyə Göyüşov siyasi dirənişin qeyri-effektivliyini etiraf edir.

Altay Göyüşov hazırkı durumdan çıxmağın yollarını real siyasi-iqtisadi islahatlarda gördüyünü deyir. "Əgər hökumət təkcə hakimiyyətin mənafeyi yox, Azərbaycanın mənafeyini düşünürsə, bu islahatlara getməlidir," deyə o bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG