Accessibility links

Altı qadın bir respublikaçı konqresmenə qarşı yarışır [Video]


ABŞ Konqresində kişilərin sayı qadınlardan beş dəfə çoxdur. Lakin indi bəziləri 2018-ci ildə keçiriləcək seçkiləri “Qadınların İli” adlandırır, çünki çox sayda qadın, hətta heç bir təcrübəsi olmayanlar belə, siyasi yarışa daxil olurlar. Bəziləri bunu Donald Trampın prezident seçilməsinə cavab olaraq edir. O prezident seçiləndə on minlərlə amerikalı qadın Trampa qarşı etiraz etmişdi.

Bu şəhərdə parad keçirilir.

Beysbol oyunu oynanır, alma piroqu yeyilir.

Bunların hamısı əsl Amerika ənənəsidir.

Konqres
Konqres

Parad boyu siyasi namizədlər bir çoxlarının əllərini sıxır.

Cenifer Zordani də onlardan biridir. O siyasətə yeni qoşulub.

Zordani, mahalı təmsil edən respublikaçı konqresmenin getdikcə daha da mühafizəkar olduğunu görəndən sonra bunu etmək qərarına gəlib.

Zordani: “Düşündüm ki, niyə mən gileylənməliyəm. Görəsən nəyinsə dəyişəcəyinə ümid etməliyəm, yoxsa özüm nə isə etməliyəm?”

İlk öncə o, demokratların praymerisində bu qadına…və bu qadına qalib gəlməlidir. Beki Anderson Uilkins kitab mağazası sahibi və şəhər şurasını üzvüdür.

Onlardan əlavə seçki kampaniyasında ümumilikdə altı demokrat qadın iştirak edir.

Fikrimcə indi çox çətindir, xüsusuilə də hazırkı siyasi mühitdə. Siyasi vəzifəyə namizəd olmaq üçün xüsusi cəsarətin olmalıdır.
Şaron Keri

Bu səbəbdən də Zordani hər bir səsi qazanmağa çalışır.

Əgər qalib gəlsə Zordani İllinois ştatının 6-cı mahalını təmsil edən ilk qadın olacaq.

Qadınlar ABŞ əhalisinin yarısından çoxunu təşkil edir, amma ABŞ senatorları və nümayəndələrinin 20 faizindən az bir hissəsi qadınlardır. Azlıqları təmsil edən qadınların sayı isə daha da azdır.

Kaliforniyada isə Aya Smit bunu dəyişməyə çalışır.

Smit havalı afro-amerikalıdır.

Smit deyir ki, seçki kampaniyası üçün lazım olan pul azlıq qadınları qorxudur. Smit özü artıq 10 min dollar toplayıb. Yanvar ayındadək isə 100 min dollar toplamağı hədələyir.

Smit ordu veteranıdır. O, hazırda Konqresdə vəzifədə olan və heç vaxt orduda xidmət göstərməyən kişi demokrata qarşı yarışır.

Hazırda Smit March Hava Ehtiyatı Bazasında mülki vətəndaş olaraq çalışır.

“Mən adi insanam və artıq “yetər, mən vəzifəyə gəlib daha böyük səsə sahib olmaq istəyirəm dedim”, o bildirir.

Nümayəndələr Palatasının azlıq lideri Nensi Pelosi
Nümayəndələr Palatasının azlıq lideri Nensi Pelosi

Smit deyir ki, o ənənəvi respublikaçılardan çox mənsub olduğu icmaya bənzəyir. O, respublikaçıları zəngin ağdərili kişilər kimi təsvir edir.

Bu Respublikaçı qrup Smiti dəstəkləməyi düşünür.

“Fikrimcə indi çox çətindir, xüsusuilə də hazırkı siyasi mühitdə. Siyasi vəzifəyə namizəd olmaq üçün xüsusi cəsarətin olmalıdır”, Trampı dəstəkləyən Kaliforniyalılar qrupundan Şaron Keri bildirir.

Smit və Zordani kimi təxminən 400 qadın gələn il konqres seçkilərində iştirak etmək üçün həmin o cəsarətə sahibdir. Əgər onların çoxu praymerilərdə qalib gəlsə, 2018-ci ilin “Qadınlar İli” olacağı gözlənilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG