Accessibility links

Alzaymer xəstəliyini qan təhlili ilə müəyyən etmək mümkün olacaq


Alzaymer xəstəliyini qan təhlili ilə müəyyən etmək mümükün olacaq
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Alimlərın Alzaymer və digər demensiya xəstəliklərini qan təhlili ilə müəyyən etmək yolunda illərdir apardıqları araşdırmalar nəhayət nəticə verməyə başlayır. Bu ay Los-Ancelesdə keçirilən beynəlxalq konfransda alimlər bu sahədəki nailiyyətlərindən bəhs edir.

Hazırda təqaüddə olan, 66 yaşlı universitet professoru Tomas Doyl hələ dərs deyən vaxtlarda yaddaşında itkilərlə bağlı simptomları qeyd etməyə başlayıb. “Mən professor idim və illərlə etdiyim məruzələri yaddan çıxarmağa başlamışdım. Tələbələrin verdiyi suallara cavab verə bilmirdim.”

Lakin ona demensiya (yaddaşda zəiflik) diaqnozu qoyulana qədər o, aylarla həkimlərə getməli oldu və ona çox sayda təhlillər edildi. “Bəzən demensiyanı müəyyən etmək çox çətin olur və bu müddətdə insan narahatlıqlar keçirir” - deyə, Tomas Doyl bildirir.

Hazırda bu xəstələrə diaqnoz qoymaq üçün onlar koqnitiv təhlillərdən keçməlidir. Lakin “Alzaymer Assosiasiyası”na istinadən bildirilir ki, bu təhlillər yalnız 80 faiz müsbət nəticə veirir. Buna qədər xəstəliyi müəyyən etmək üçün onurğa beyni mayesinin təhlili və PET skanlar edilirdi. Lakin bu təhlillər ağrılı və bahalı idi.

Həkimlər Alzaymer və ya demensiya xəstəliklərinin simptomlarını müəyyən etməyin ən ideal yolunun qan təhlili olduğunu deyirlər. Çünki bu simptomlar varsa artıq beyində dəyişikliklər əmələ gəlməyə başlayır. “Milli Yaşlanma İnstitutu”nun direktoru, doktor Riçard Huds deyir ki, qan təhlili molekulyar səviyyədə dəyişiklikləri nevroloji travma olmazdan əvvəl göstərə bilər. “Bu biometrik təhlillər beyində dəyişikliyi simptomların əmələ gəlməsindən on illər əvvəl göstərə bilər. Bu isə o deməkdir ki, beynin və onun neyronlarının zədələnməsindənsə, biz kliniki sınaqlar, eksperemental müalicə yolu ilə beyindəki dəyişiklər baş verməzdən öncə müdaxilə edərək, dəyişiklikırə mane ola bilək. ."

Qan təhlilləri texnologiasında ciddi inşikaflar müşahidə edilir. Bu isə Alzaymer xəstələrinin beyində tıxanma yaradan zülalların aşkar edilməsinə yardım edir.

XS
SM
MD
LG