Accessibility links

Amanda Bennett: Rusdilli auditoriya üçün etibarlı xəbər mənbəyi olaraq qalacağıq


Amerikanın Səsinin direktoru Amanda Bennett
Amerikanın Səsinin direktoru Amanda Bennett

Amerikanın Səsinin direktoru Amanda Bennett Rusiyanın Amerikanın Səsi, Azadlıq Radiosu və Current Time tele-kanalını “xarici agent” kimi tanıması haqda qərarını şərh edib.

“Biz Rusiya hökumətinin Amerikanın Səsi, Azad Avropa Radiosu/Azadlıq Radiosu və Current Time tele-kanalını “xarici agent” kimi tanıması haqda qərarından xəbərdarıq. Rusiyanın Ədliyyə nazirliyi bunun Amerikanın Səsinin Rusiyada fəaliyyətinin daha artıq “məhdudiyyətlərlə” qarşılaşmasına gətirib çıxaracağına işarə edib, lakin bu məhdudiyyətlərin mahiyyəti hələ aydın deyil. Biz nazirliyin və Rusiyanın başqa rəsmi strukturlarının hərəkətlərini diqqətlə izləyirik. Eyni zamanda, biz rusdilli auditoriyamız üçün etibarlı və dəqiq informasiya mənbəyi olaraq qalmaqda davam etmək niyyətindəyik”, Amanda Bennet öz bəyanatında bildirib.

Amerikanın Səsinin direktoru Amanda Bennet dezinformasiya dövründə həqiqətin əhəmiyyəti mövzusunda mühazirə zamanı
Amerikanın Səsinin direktoru Amanda Bennet dezinformasiya dövründə həqiqətin əhəmiyyəti mövzusunda mühazirə zamanı

Rusiyanın Ədliyyə Nazirliyi çərşənbə axşamı günü Amerikanın Səsi də daxil olmaqla ABŞ-ın maliyyələşdirdiyi 9 media qurumunu "xarici agent" siyahısına salıb.

Biz rusdilli auditoriyamız üçün etibarlı və dəqiq informasiya mənbəyi olaraq qalmaqda davam etmək niyyətindəyik
Amanda Bennett

Nazirliyin açıqladığı siyahıya “Amerikanın Səsi”, Azad Avropa Radiosu/Azadlıq Radiosu, Azadlıq Radiosunun Rus xidmətinin “Faktoqraf” və “Sibir.Reallıqlar” media layihələri, “Current Time” telekanalı, Azadlıq Radiosunun Tatar-başqırd xidməti (AzatlıqRadiosu), “İdel.Reallıqlar”, “Qafqaz.Reallıqlar” və “Krım.Reallıqlar” media layihələri daxil edilib.

Rusiya hökuməti bu addımı ABŞ-ın Kremlin sponsorlaşdırdığı RT (Russia Today) tele-kanalına qarşı Birləşmiş Ştatlarda xarici agent kimi qeydiyyatdan keçmək haqda tələbinə cavab olaraq atır.

Azad Avropa Radiosu/Azadlıq Radiosunun prezidenti Tom Kent Rusiyanın ABŞ-ın media qurumlarının “xarici agent” siyahısına salınmasına münasibət bildirib. O deyib ki, hansı məhdudiyyətlərin tətbiq edildiyi haqda dəqiq məlumat verilməyənə qədər yeni qanunun hansı təsiri olacağını demək mümkün deyil. “Biz etibarlı və obyektiv informasiyanı rusdilli auditoriyaya çatdıraraq, öz jurnalist fəaliyyətimizi davam etdiririk”, o bildirib. Tomas Kent qeyd edib ki, “bizim təşkilatımızın Rusiyada fəaliyyəti daha artıq məhdudiyyətlərlə qarşılaşa bilər. Hələlik bu məhdudiyyətlər haqda konkret informasiya yoxdur.”

Rusiya qanunvericiləri noyabr ayında xarici agentlər haqda əvvəllər qəbul olunmuş Qanuna bir sıra dəyişiklər edib. Rusiya prezidenti Vladimir Putin noyabrın 25-də bu dəyişikliklərə imza ataraq onları təsdiq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG