Accessibility links

Yukiya Amano 72 yaşında dünyasını dəyişib


Yaponiyalı diplomat, Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano 72 yaşında dünyasını dəyişib.

O, 2009-cu ildən bəri silahsızlaşma, silahların yayılmaması səylərinə görə tanınırdı.

Onun ölümü İranla nüvə proqramına görə narahatlıqların atdığı bir vaxta təsadüf edir.

Amano 2011-ci ildə Yaponiyanın Fukuşima nüvə qəzası ilə də mübarizə aparmışdı.

Amanonun vəfatına görə təşkilatın Vyanada yerləşən baş qərargahı üzərindəki bayrağı aşağı salınıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi 1957-ci ildə yaradılıb.

Agentliyin məqsədi, dünyada atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi və nüvə silahlarının yayılmaması sahəsində beynəlxalq əməkdaşlıq və nəzarəti təmin etməkdir.

Yukiya Amano Tokyo Universitetinin hüquq fakültəsini bitirib.

Bundan sonra Yaponiyanın xarici işlər nazirliyində çalışıb.

2005-ci ildən Beynəlxalq Atom Enerjisi Agentliyi İdarə Şurasında Yaponiyanı təmsil edib.

XS
SM
MD
LG