Accessibility links

Yukiya Amano cari həftənin sonunda Tehrana səfər edir


İranın nüvə agentliyinin rəhbəri Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amanonun cari həftənin sonunda Tehrana səfər edəcəyini bildirib.

Əli Əkbər Salehi bu açıqlamanı Vyanada Amano ilə görüşündən sonra verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi iyul ayında İranla əldə edilən nüvə razılığının şərtlərinin həyata tətbiqinə nəzarət edir.

Dünyanın 6 qüdrətli dövləti ilə əldə edilən bu razılıq İranın nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Eyni zamanda İranla agentlik İranın nüvə proqramının hərbi mahiyyəti barədə sualların cavablandırılması üçün də razılıq əldə edib.

İran uzun müddətdir proqramının tibbi araşdırmalar və elektrik enerjisi əldə edilməsi üçün inkişaf etdirildiyini iddia edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi dekabrın 15-dək yekun hesabatla çıxış etməlidir. Bu müddətdən sonra P5+1 qrupu ilə əldə edilən razılıqla bağlı proses başlayacaq.

XS
SM
MD
LG