Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano Şimali Koreya,İran və Suriyanı nüvə əməkdaşlığı sahəsindəki öhdəliklərə əməl etmədiklərinə görə tənqid edib.
BMT-nin Baş Assambleyasına təsdim etdiyi illik hesabatında Amano bu ölkələrin nüvə təhlükəsizliyini sual altına alıb. O bildirib ki, agentlik İranın nüvə fəaliyyətləri və materialları ilə bağlı etibarlı məlumata malik olmadığı üçün İranın nüvə proqramı səylərinin dinc mahiyyət daşıdığına təminat verə bilmir.
Amano Pxenyanın Yonqbyon nüvə obyektini işə salmaqla, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını deyib.
Suriyaya gəldikdə isə Yukiya Amano bu ölkəni Dair Alzur kompleksi və digər obyektlərin fəaliyəti ilə bağlı BAEA ilə əməkdaşlığa səsləyib.
Agentlik 2007-ci ildə İsrailin döyüş təyyarəsi tərəfindən dağıdılan kompleksin nüvə obyekti olduğunu bildirir. Suriya isə obyektin qeyri-nüvə obyekti olduğunda israr edir.