Accessibility links

Amazon şirkəti uçan "poçtalyonlar"ın xidmətindən istifadə etməyə hazırlaşır


Birləşmiş Ştatların internetdə ən böyük pərakəndə satış şirkəti olan Amazon.com yaxın zamanlarda sifarişləri müştərilərə pilorsuz uçan cihazlarla çatdırmağı planlaşdırır.

Bazar günü televiziya kanalına verdiyi müsahibəsi zamanı Amazon şirkətinin icraçı direktoru Ceff Bizos pilotsuz idarə edilən çihazlar olan "mini oktokopterlər"in kiçik bağlamaları müştərilərə cəmi 30 dəqiqəyə çatdıra biləcəiyini deyib.

Amazon şirkətinin bildirdiyinə görə, müştərilər veb səhifədə "ödəniş" düyməsini basdıqdan sonra yüksək texnologiya üzrə hazırlanmış həmin kiçik cihaz sifarişi lazımi ünvana çardırıb geri dönəcək.
XS
SM
MD
LG