Accessibility links

“Mobil Ümid” evsiz uşaqlara yardım göstərir [Video]


Amerikada 2.5 milyona yaxın evsiz uşaq var
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Evsiz Ailələr Mərkəzinin təxminlərinə görə, Birləşmiş Ştatlarda 2.5 milyona yaxın evsiz uşaq var. Onları Vaşinqtonun ətrafı da daxil olmaqla, ən zəngin bölgələrdən tutmuş, ölkənin hər yerində görmək olar.

Bu böyük avtobus Vaşinqton yaxınlığındakı böyük ticarət mərkəzinin dayanacağına üz tutub. Loudon mahalının qeyri-hökumət təşkilatı tərəfindən maliyyələşdiririlən “Mobil Ümid” adı ilə hərəkət edən bu avtobus evsiz-eşiksiz və təhlükə qarşısında olan uşaqlara yardım edir.

Uşaqlar və onların bəzilərinin valideynləri artıq növbədə dayanıb. Onlar avtobusun gətirdiyi ərzağ, məktəb ləvazimatı, kitab və oyuncaqları gözləyir. Bütün bunlar ianədir və pulsuz verilir.

Dana Fortyer “Ümid Mobili”ni 4 il əvvəl təşkil edib. “Mən biləndə ki, bizim ölkədə uşaqlar evsizlikdən əzab çəkir, gecələr yata bilmirdim.”

Loudonun İnova Xəstəxanasında xeyriyyə işləri üzrə direktor vəzifəsində işləyən Donna yeni proqramda çalışmaq üçün öz işini tərk edib. “Çox qorxulu idi. Mənim kollecdə oxuyan qızım, məktəbdə oxuyan oğlum var.

Bu doğrudan da qorxulu idi. Lakin mən arxaya baxmadım. Mən heç vaxt belə hissi yaşamamışdım.”

Tibbi yardım üçün avtobusu xəstəxana ianə edib. “Bizə yardım hər çənşənbə gecəsi bütün ölkədən gəlir. Hər gün 50-dən 90-a qədər uşağ bizdən yardım istəyir.” deyə, Donna Fortyer bildirir.

Bəziləri buraya yenicə, əksəriyyəti isə uzun zamandır gəlir. Ampario Diaz buraya kiçik bacısını da gətirir. “Bizə buranı tapmağa dostlarımız yardım etdi. Onlar buraya gəldiklərini dedilər. Biz ilk dəfə buraya Milad bayramına gəldik. Onlar bizə hədiyyə və yemək verdilər. Bu yaxşı işdir.”

“Mobil Ümid ”n mağazasında hər ay alış-veriş günü də olur ki, 200 -dən çox yeniyetmə buradan ianə edilmiş paltar və ayaqqabı ala bilir.

XS
SM
MD
LG