Bu gün, sentyabrın 4-ü Amerika Birləşmiş Ştatlarında ölkədə 160 milyona yaxın işçisinin təqdir edildiyi Əmək Günü qeyd edilir. Zəhmətkeşlərin şərəfinə təsis edilən bu bayram həm də yay fəslinin bitməsinin qeyri-rəsmi rəmzi hesab edilir.
Özünü tez-tez ABŞ tarixində həmkarlar ittifaqı tərəfdarı adlandıran ABŞ-ın Demokrat prezidenti Co Bayden bazar ertəsi Əmək Günündə ölkənin şərqində hər il keçirilən "Üç Ştatın İşçi Günü" paradında iştirak etmək üçün Filadelfiya şəhərinə səfər edib. Onun ABŞ-ın əmək tarixində həmkarlar ittifaqlarının əhəmiyyəti və dünyanın ən böyük iqtisadiyyatı olan Amerika iqtisadiyyatının pandemiyanın ilkin dağıdıcı təsirlərindən necə qurtulduğu barədə danışacağı gözlənir.
2020-ci il seçkiləri zamanı Bayden Pensilvaniyada mühüm uğur qazanmışdı.
Bayden özünü həmkarlar ittifaqı tərəfdarı prezident kimi təqdim edir. Son aylarda Ağ Ev onun "Bidenomika" adlı iqtisadi siyasətini təbliğ edir.
1894-cü ildən bəri sentyabr ayının ilk bazar ertəsi günləri keçirilən bayram həmkarlar ittifaqlarının tələbi ilə təsis edilib.
Həmkarlar ittifaqları iş həftəsinin 5 günə endirilməsi, işçilərin sağlamlıq sığortası və ödənişli məzuniyyətlə təmin edilməsinə nail olub.
Birləşmiş Ştatlarda Əmək günü amerikalılar şəhər kənarına səfər edir, ailə üzvləri və dostları ilə istirahət edir. Bir sıra ştatlarda tədris ili Əmək günündən sonra başlayır.
Əmək Gününün tarixi
1800-ci illərdə Amerikada Sənaye İnqilabı zirvə nöqtəsində çatmışdı. İnsanlar 7 gün aşağı maaşla gündə 12 saat çalışırdı. Hətta uşaqlar belə işləməyə məcbur idi. İşçilərə nə məzuniyyət, nə xəstəlik günləri, nə də sağlamlıq sığortası verilirdi.
İşçilərin təhlükəli iş şəratitinə etiraz olaraq təşkilatlandırılımış nümayişlərə çıxması ilə ştat hökumətləri işçilərin şərəfinə qanunvericilik qəbul etdi.
Konqres 1894-cü ilin iyun ayının 28-də qərar qəbul edərək, sentyabr ayının birinci bazar ertəsini federa bayram elan etdi.
Forum