Silahlı zorakılıq Amerika boyu reallığa çevrilib və 2018-ci ilin ilk günlərində güllə yarasından artıq onlarla insan ölüb. Silahlı hücum hər yerdə, evdə, ticarət mərkəzində, küçədə və ya məktəbdə baş verir. 2017-ci ildə Birləşmiş Ştatların 9 məktəbində baş verən silahlı hücumlar 15 nəfərin ölümünə, 18 nəfərin yaralanmasına səbəb olub. Buna görə də yeni hazırlanmış proqramda müəllim və tələbələrə silahlı hücumdan necə qorunmaq öyrədilir.
Layihənin meneceri Bob Volker bu videoda hadisənin necə baş verə biləcəyini, şübhəlinin uşaq və ya yaşlı ola biləcəyini deyir. Bu, sizin gördüyünüz minlyonlarla digər oyuna bənzəsə də, bu oyun deyil. Bu, silahlı bir şəxsin məktəbə daxil hücumundan danışır. “Şübhəli içəri girir və xaos başlayır. Bu zaman müəllimin hansı addımları atmalı olduğunu görürük. O, şagirdləri divar boyu düzməlidir.”
Bunu izləmək çətin olsa da, proqramçılar bu simulyasiyanın həyatları xilas edə biləcəyini deyirlər. “Buradakı görüntülər müəllimlərə çox şey öyrədir. Məsələn, Virciniya Tex-də qapıların barrikadası yaxşı nəticə vermişdi. Beləliklə, bu, məktəblərə özlərinin şəraitinə uyğun mövqelərdən istifadə etmək imkanı verir” deyə, Bob Volker bildirir.
Burada məqsəd müəllimlərə, məktəb administrasiyasına, ola bilsin polisə belə silahlının qarşısını almaq imkanı yaratmaqdır. Tədqiqatçı Tamara Qriffit: “Beləliklə, bu sağ qalmaq üçün biz vasitədir. Təcrubən nə qədər çox olarsa, yaşamaq ehtimalın da o qədər çox olar. Yəni belə təlimlər sizin təcrübənizi artırır və siz nəyin işləyib, nəyin işləmədiyini bilirsiniz.”
Simulyatorlar yaratmaq bu layihənin iştirakçıları üçün çətin idi. “Biz bir yerə toplaşıb hadisələrlə bağlı lent yazılarını dinlədik, müxtəlif hadisələrin gedişini izlədik. Bu video lentlərə baxıb orada baş verənlər, hüquq-mühaifəz orqanları, yanğınsöndürmə idarəsi və bütün insanların daha yaxşı hazırlıqlı ola bildiyi haqda fikirləşəndə adamı vahimə bürüyür.”
Bu oyunda hücumçular, uşaqlar və müəllimlər süni intellekt üzərində işləyirlər. Bu isə programçılara müxtəlif təhlükəsizlik strategiyalarının sınağına imkan verir.