Accessibility links

Kyivdən şimalda İrpində bir amerikalı jurnalist həlak olub, daha biri yaralanıb


Sakinlər Kyiv yaxınlığında İrpin şəhərini tərk edir
Sakinlər Kyiv yaxınlığında İrpin şəhərini tərk edir

Media qurumları Kyiv vilayətinin İrpin şəhərində bir amerikalı jurnalistin öldürüldüyü, daha birinin isə yaralandığı haqda məlumat verib.

Ukraynanın ərazi müdafiə qüvvələrində könüllü çalışan cərrah Danilo Şapovalov amerikalı jurnalistlərdən birinin dərhal öldüyünü, başqasını isə müalicə etdiyini deyib.

İrpində olan Fransa xəbər agentliyinin müxbirləri həlak olan jurnalistin amerikalı fotoqraf və rejissor Brent Reno olduğunu bildiriblər. Jurnalist əvvəllər New York Times qəzeti ilə əməkdaşlıq edib.

New York Times Brent Renonun “ölüm xəbərindən dərin kədərləndiyini” bildirib. Qəzet həmçinin jurnalistin hazırda qəzetlə çalışmadığını, lakin əvvəllər əməkdaşlıq etdiyini əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG