Accessibility links

"Amerika Snayperi" filmi [Video]


"Amerika Snayperi" filmi
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Klint İstvudun həqiqi hadisələr əsasında çəkdiyi “Amerika Snayperi” filmi dörd dönəm İraq müharibəsində vuruşmuş snayper Kris Kaylin başına gələnlərdən bəhs edir. Orduda olduğu müddətdə saysız-hesabsız Amerika əsgərinin həyatını qurtaran Kayl özünün atıcılıq qabiliyyətinə görə həm dostları, həm də düşmənləri arasında məşhurlaşır.

Əfsanəvi atıcı Kris Kayl düşməni amansızcasına öldürür. “Məni narahat edən xilas edə bilmədiyim uşaqlardır.” deyə Kris bildirir.

“Amerika Snayperi” filmi ABŞ-ın müharibədə əldə etdiyi nailiyyətlərdən bəhs etmir. Bu film müharibədə iştirak edən, bəzən də uğurlar qazanan əsgərlərin emosional travmasından danışır.

Müharibədən qayıtdıqdan sonra Krisə həyat yoldaşı və dostları ilə yenidən ünsiyyət qurmaq, başına gələnlərdən danışmaq çətin olur. Krisin həyat yoldaşı Taya onu anlamağa çalışdığını deyir. “Mən istəyirəm sən yenidən insan olasan,” deyə, Taya ərini normal həyata qaytarmağa çalışır.

Birləşmiş Ştatlardakı “Xarici Müharibə Veteranları” təşkilatının dikertor müavini Rayan Qaluççi müharibədən qayıdan əsgərlərdəki emosional travmanın ciddi problem olduğunu deyir. “Siz adi mülki vətəndaşa tanış olmayan çətinliklərdən dönürsünüz. Ona görə də mən düşünürəm ki, belə filmlər müharibədən evə emosional tarvma ilə qayıdanlara yardım edə bilər.”

Bredli Kuper canlandırdığı Kris Kayl obrazı özünü tədricən ititrir, pozulur və yavaş-yavaş həyatını bərpa etməyə başlayır. u rola görə Kuper ən yaxşı aktyor kimi Oskar mükafatına nominasiya edilib. “Bu film nə müharibəyə tərəfdir, nə də qarşıdır. Bu film bir nəfərin həyata, ailəsinə, işinə dönmək üçün mübarizəsi haqdadır. Bu film həyatını vətəni uğrunda qurban verməyə hazır olan bir nəfər haqdadır.”

Kris Kayl 2013-cü ilin fevralında, psixoloji travması olan keçmiş müharibə veteran tərəfindən öldürülüb. Onun xanımı Taya filmin onda dərin təəssürat buraxdığını deyir. “Kinoya getməzdən əvvəl bir az sakit idim. Amma baxandan sonra başa düşdüm ki, özümlə nə boyda yük daşıyıram. Bu film Krisi mükəmməl canlandırıb – bütün müsbət və mənfi çalarları ilə. İndi bunu bütün dünya görə bilər.”

"Amerika Snayperi" eləcədə ən yaxşı film kateqoriyasında Oskara nominasiya olunub. Hərçənd ki, düşmən obrazını daha geniş canlandırmaq olardı, ən azı bu film əsgərlərin keçirdiklərini tamaşaçılara çatdırmağa nail olur.

XS
SM
MD
LG