Accessibility links

Pentaqon ABŞ səfirliyi və hava limanının müdafiəsi üçün Əfqanıstanda əlavə qüvvə saxlayacaq


ABŞ Kabildəki səfirliyini qorumaq üçün normal təhlükəsizlik xidmətindən daha çox sayda qüvvə saxlayacaq və bir müddət həyati əhəmiyyət daşıyan obyektin qorunmasına kömək etmək üçün Kabil hava limanındakı Amerika qüvvələri ilə birlikdə qalacaq. Bu barədə məlumatı çərşənbə axşamı Pentaqon təsdiqləyib.

“Əfqanıstana dəniz mühafizəsi olan başqa dövlət kimi davranılmayacaq. Yəni, bura Əfqanıstandır və təhlükəsizlik təhdidinin dinamik mahiyyətini anlayırıq" - deyə, Pentaqonun mətbuat katibi Con Kirbi iyunun 30-da brifinq zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib.

Kirbi ABŞ-ın "təhlükəsizlik vəziyyətinin hava limanında necə olacağının bəzi detallarını hələ də işlədiyini" sözlərinə əlavə edib.

"Danışdığımız kimi, hava limanında ABŞ əsgərləri var. Bunun gələcəyi necə görünür, biz bunu indi sadəcə bilmirik" - deyə, o qeyd edib.

Pentaqon geri çəkilmə başa çatdıqdan sonra qalacaq qüvvə sayı barədə məlumatları təsdiqləmir.

Associated Press ötən həftə qoşunların geri çəkilməsindən sonra diplomatların təhlükəsizliyini təmin etmək üçün təxminən 650 ABŞ əsgərinin Əfqanıstanda qalması gözlənildiyini və bunun bir neçə həftə içində böyük ölçüdə tamamlanacağını bildirmişdi. Rəsmilər AP-yə bildiriblər ki, bir neçə yüz əlavə Amerika qüvvəsi təhlükəsizliyi təmin edən Türkiyə birliklərinə kömək etmək üçün sentyabr ayına qədər Kabil hava limanında qalacaq.

Rəsmilərə geri çəkilmənin təfərrüatlarını müzakirə etmək səlahiyyəti verilməyib və AP-ə açıqlama anonim şərtlərlə baş tutub.

Foundation for Defense of Democracies' Long War Journal dərgisinin məlumatına görə, mayın 1-dən etibarən geri çəkilmə başladıqdan bu günə qədər Taliban nəzarət etdiyi bölgələrin sayını iki qat artırıb. Taliban son iki ayda 80-dən çox bölgəni ələ keçirib və ümumilikdə 157 bölgə Talibanın nəzarətindədir.

Bu ayın əvvəlində Amerikanın Səsinə verdiyi müsahibədə ABŞ Mərkəzi Komandanlığının başçısı General Frenk Makkenzi ABŞ əsgərlərinin geri çəkilməsi başa çatdıqdan sonra Əfqanıstan qüvvələrini hava hücumları ilə dəstəkləməyi planlaşdırmadıqlarını demişdi. ABŞ-ın Orta Şərqdəki Ali Komandanı Əfqanıstandakı terrorla mübarizə zərbələrinin ABŞ və ya müttəfiq ölkələrə hücum planlarının aşkar edildiyi hallarla məhdudlaşacağını da əlavə edib.

XS
SM
MD
LG