Accessibility links

ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasına başlanıb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, ABŞ qüvvələrinin ölkədən çıxarılmasına başlandığı bir vaxt minlərlə Taliban məhbusunun azadlığına dair prezident sərəncamı verilməlidir.

Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentin sayının 13 min nəfərdən 8600 nəfərə endirilməsi prosesinə başlayıb. Hazırda Əfqanıstanda 13 min ABŞ qüvvəsi var.

ABŞ bütöv və suveren Əfqanıstana dəstək verir

Uzunmüddətli perspektivdə bütün Amerika hərbçilərinin bu ölkədən çıxarılması planlaşdırılır.

Lakin bunun üçün 14 ay müddətində tələb edilən təhlükəsizlik vəziyyətinin saxlanması şərtdir.

Talibanla ABŞ arasında sülh sazişi 10 gün əvvəl Qətərdə imzalanıb.

ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandiri Sonni Leggettin dediyinə görə, qüvvələrin tədricən çıxarılmasının səbəbi Əfqanıstan qüvvələrinin əks-terror əməliyyatlarını həyata keçirmək qabiliyyətindən əmin olmaqdır.

Əfqanıstanda tərəflərin sülh müzakirələrinə başlamaq üçün əsas şərtlərdən biri əksəriyyəti təhlükəsizlik qüvvələrinin üzvü olmaqla, 1000 məhbusun 5 min Taliban yaraqlısı ilə mübadilə edilməsidir.

Martın 9-da iki ayrı-ayı mərasimdə prezident Əşrəf Qani və Abdulla Abdulla dövlət başçısı elan edilib.

Qani rəsmən sentyabr seçkisinin qalibi kimi elan edilib. Lakin seçki zamanı kütləvi pozuntuların baş verdiyini iddia edən Abdulla onun qələbəsini tanımır.

Abdulla öz hökumətini yaradacağını bəyan edib.

Parçalanma Əfqanıstanın siyasi qüvvəsi və vətəndaş cəmiyyətinin Talibanla sülh danışıqlarında iştirak edəcək bir komanda yaradılmasını çətinləşdirir.

Misli görünməmiş bu siyasi inkişaf Vaşinqton və beynəlxalq ictimaiyyət üçün də narahatlıq yaradır. Kabildəki bütün beynəlxalq qurumlar və ABŞ səfirliyinin rəsmiləri Qaninin inaqurasiyasında iştirak edib.

Əfqanıstan prezidenti sözçüsünün müavini Dava Xan Minapal Amerikanın Səsi ilə söhbətdə məhbusların mübadiləsi və prezidentin andiçmə mərasiminin gecikdirilməsinin Talibanla müzakirələrə başlamaqla izah edib.

Minapal prezident Qaninin mühbusların mübadiləsinə dair sərəncamı çərşənbə axşamı günü imzalayacağını təsdiq edib və Talibanla müzakirə aparacaq komanda üzlərinin siyahısının hazırlandığını bildirib.

“ABŞ bütöv və suveren Əfqanıstana dəstək verir və sülh səylərində fəal iştirak edir” - deyə, ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Əfqanıstanın siyasi durumu haqda danışan Pompeo Vaşinqtonun ölkədə parallel hökumətlər yaradılmasının əleyhinə olduğunu vurğulayb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG