Accessibility links

Arizonada Konqres üzvünü yaralayan şəxs ömürlük həbs cəzası aldı


2011-ci ilin yanvar ayında Arizonda atəş açaraq ABŞ Konqresinin nümayəndəsini yaralayan və altı nəfəri öldürən silahlı şəxs məhkəmə qarşısında günahını etiraf edib.

Cered Lafnerin dünən Arizona ştatının Tukson şəhərində günahını etiraf etməsi onun cinayətə görə ölüm cəzasından yayınmasına imkan verib. Ədalət məhkəməsi bildirib ki, günahını etiraf etmə razılığının şərtlərinə görə, Lafner yeddi dəfə ardıcıl ömürlük və əlavə 140 il müddətinə həbs cəzasına məhkum ediləcək.

Prokuror deyib ki. Lafner ömrünün qalan hissəsini həbsdə keçirəcək. Ötən il baş vermiş cinayət hadisəsi ABŞ nümayəndəsi Qabriel Qifordsun ciddi yaralanması üzündən beynəlxalq diqqətə səbəb olmuşdu.
XS
SM
MD
LG