Accessibility links

ABŞ Suriya ilə bağlı Astana sülh müzakirələrinə nümayəndə göndərməyəcək


Amerikanı danışıqlarda müşahidəçi qismində ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Suriya ilə bağlı Astana sülh müzakirələrinə nümayəndə göndərilməyəcək.

Bunun yerinə Amerikanı danışıqlarda müşahidəçi qismində ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

Suriya prezidenti Bəşar Əl-Əsəd danışıqlarda əsas diqqətin atəşkəs əldə edilməsi və ölkədə humanitar yardımların çatdırılmasına yönələcəyini bildirib. Yaponiya televiziya kanalına verdiyi müsahibəsi zamanı Suriya prezidenti danışıqların üsyançılarla da barışıq sazişləri ilə nəticələnə biləcəyini deyib.

Suriyanın ən güclü müttəfiqi Rusiya müxalifəti dəstəkləyən İran və Türkiyənin vasitəşiliyi ilə danışıqları təşkil edib.

Türkiyənin dəstəklədiyi bir sıra müxalifət qrupları da danışıqlarda iştirak edəcək. Üsyançı qruplar və Əsəd tərəfdarları atışkəsi pozmaqda bir-birini ittiham edir.

Rusiya və Türkiyə danışılar barədə razılığı dekabr ayında əldə edib.

BMT də bazar ertəsi Suriyada sülhlə bağlı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək danışıqlarda iştirak etmək təklifi alıb.

BMT sözçüsünün bildirdiyinə görə, təşkilatın baş katibi Antonio Quterres Suriya elçisi Steffan de Misturadan Astanada keçiriləcək danışıqlara qatılmasını xahiş edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG