Accessibility links

Amerikalıların Avropaya səyahəti mümkün olmayacaq


Gələn həftə Avropanın sərhədlərinin açması ilə amerikalıların Avropaya səyahəti mümkün olmayacaq. Buna səbəb koronavirus pandemiyasının ABŞ-da geniş yayılması və prezident Trampın avropalıların Amerikaya girişinə qadağa tətbiq etməsidir.

Tramp martın 11-də Şengen zonasına daxil olan ölkələrdən avropalıların Amerikaya səfərinin dayandırılmasına dair sərəncam imzalayıb. Hər il Amerikaya bu zonadan 10 milyondan çox avropalı səyahət edirdi.

Avropa ölkələrinə isə hər il 15 milyon amerikalı səfər edirdi.

Avropa koronavirusa görə 3 aylıq qapanmadan sonra bir çox ölkə ilə sərhədlərini iyulun 1-dən açmağa başlayır.

Avropa İttifaqının iyunun 11-də verdiyi tövsiyələrdə deyilib ki, səyahət məhdudiyyətləri qaldırılmamalıdır, belə ki, ittifaqa üzv 27 ölkə, habelə İslansiya, Lextenşteyn və İsveçrədə vəziyyətlə müqayisədə üçüncü ölkələrdə vəziyyət ağır ola bilər.

ABŞ-da son iki ay ərzində vurusun yayılması artdığına görə, bu ölkə ilə sərhədlər açılmayacaq.

Çərşənbə axşamına olan göstəricilərə görə, Amerikada 34 700 yeni yoluxma halı qeydə alınıb. Xəstələrin ümumi sayı 2.3 milyonu ötüb və ölənlərin sayı isə 121 mindən artıq olub.

Avropa İttifaqı, Britaniya və Şengen zonasına daxil olan və bu zonaya daxil olmayan İşveçrə kimi bəzi ölkələrə səyahətlər mümkün olacaq.

Turistlərin gəlirlərindən asılı olan Yunanıstan kimi Aralıq dənizi ölkələri qapalı qalacaq.

Daxili səyahətlərə icazə verən İspaniya iyulun 1-dən etibarən xarici turizmə açılacaq.

Bəzi yerlərdə sərhəd yoxlanışları ləğv edilib.

İtaliya iyunun 3-də sərhədlərini açıb. Polşa da qapılarını qonaqlarına açıq saxlayır.

Almaniya və Fransa sağlamlıq sübutlarının ləğv ediləcəyini bildirib. Finlandiya, Norveç və İsveç səhayət məhdudiyyətlərini qüvvədə saxlayır.

Çexiyada İşveç, Portuqaliya və Polşanın Silesia regionundan turistlər COVID-19 testlərinin neqativ nəticələri təqdim edilməklə qəbul ediləcək.

Avstriya İspaniya, Portuqaliya, İsveç və Britaniya turistləri üçün çərşənbə axşamı açılacaq.

Danimarka Almaniya, Norveç və İslaniya turistlərinə ölkədə azı 6 gecə qalacaqları təqdirdə qapılarını açır. Norveç isə İsveçrə ilə sərhədlərini bağlı saxlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG