Aprelin 18-20-də Vaşinqtonda Amerika-Azərbaycan iqtisadi tərəfdaşlıq üzrə hökumətlərarası komissiyasının üçüncü iclası keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev
aprelin 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan nümayəndə heyətinə maliyyə naziri Samir Şərifov, Amerika nümayəndə heyətinə dövlət katibinin müavini Robert Xormats rəhbərlik edəcək.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də daxildir. Səfər çərçivəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağlı Amerika tərəfi məsləhətləşmələr aparılacaq.
Qeyd edək ki, 2008-ci ildən indiyədək ABŞ-Azərbaycan hökumətlərarası komissiyasının iclasları keçirilməyib.