Accessibility links

Amerika və Azərbaycan prezidentlərinin görüşü münasibətlərin konsepsiyasına aydınlıq gətirəcək


Amerika və Azərbaycan prezidentlərinin görüşü münasibətlərin konsepsiyasına aydınlıq gətirəcək
Amerika və Azərbaycan prezidentlərinin görüşü münasibətlərin konsepsiyasına aydınlıq gətirəcək

Azərbaycan-Amerika münasibətlərinə yalnız energetika və terrorçuluğa qarşı mübarizə kontekstində baxmaq olmaz. Amerika prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın qəbul etdiyi yenilənmiş Madrid sənədi ilə üst-üstə düşür

“Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov “Amerikanın səsi” radiosuna Amerika və Azərbaycan prezidentlərinin nəticələri barədə müsahibə verib.

O hesab edir ki, prezidentlərin görüşü konkret problemlərin həlli deyil, ikitərəfli münasibətlər konsepsiyasına aydınlıq gətirmək məqsədi daşıyır.

O hesab edir ki, son illər ikitərəfli münasibətlərin pisləşib və əvvəlki illərlə müqayisədə ən aşağı nöqtəyə çatıb. “2009-cu ilin aprelində İlham Əliyev İstanbulda Barak Obama ilə görüşdən imtina edib, bir müddət sonra isə Vaşinqton Əliyevi nüvə sammitinə dəvət etməyib. Bu dövrdə hakim partiyanın nümayəndələri və hökumətyönümlü KİV anti-Amerika kampaniyası həyata keçirərək, ABŞ-la münasibətlərə Rusiya və İranla tərəfdaşlığın alternativ ola biləcəyini bəyan edirdi”, - deyə o qeyd edib.
Politoloq qənaətincə hələ iki ölkə prezidentinin görüşünün yekunları haqqında danışmaq tezdir. “Görüşün nəticələri qarşıdan gələn parlament seçkilərində, insan hüquqları və media azadlığı sahəsindəki vəziyyətdə özünü göstərməlidir”.

O eyni zamanda deyib ki, xarici siyasət daxili siyasətin davamıdır. “Bakı həqiqətən Qarabağ məsələsində ABŞ-ın dəstəyinə nail olmaq istəyirsə, ümumi dəyərlərə sadiqlik nümayiş etdirməlidir. Ölkənin xarici siyasəti daxili siyasətin davamıdır. Seçkilər saxtalaşdırılırsa, korrupsiya artırsa, insan hüquqları pozulursa, Qərb dünyasında bu ölkənin müttəfiqi ola bilməz və o, Rusiya və ya İranda dost axtarmalıdır”, - deyə cənab Namazov qeyd edib.
Eldar Namazov hesab edir ki, Azərbaycan-Amerika münasibətlərinə yalnız energetika və terrorçuluğa qarşı mübarizə kontekstində baxmaq olmaz. “Cənab Obamanın Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında, güc tətbiq etmədən və xalqların öz müqəddəratını həll etməsi ilə nizamlanması mövqeyi “Madrid prinsipləri”ni qəbul edən rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür”.

XS
SM
MD
LG