Accessibility links

Tramp: ABŞ-ın bəzi ştatları bizneslərin işini bərpa edəcək


ABŞ prezidenti Donald Tramp gələn həftə bir neçə ştatın koronavirusla bağlı ölçülərə əməl etməklə bizneslərini açacağını bəyan edib.

Texas və Vermont bazar ertəsi, Montana isə cümə günündən etibarən bəzi biznesləri bərpa etməlidir.

"Biz virusun zirvə həddini keçdiyinə dair müsbət işarələr görəcəyik. Testlərimiz get-gedə yaxşılaşır" - deyə prezident konkret heç bir nümunə göstəmədən bildirib.

Digər ştatların qubernatorları isə deyir ki, koronavirus infeksiyalarının yayılmaması üçün daha çox testlər keçirilməyincə iqtisadiyyatlarını yenidən açmaq üçün vaxtından əvvəl hərəkət etməyəcəklər.

ABŞ-ın müxtəlif şəhərlərində yüzlərlə insan koronavirusun yayılmamasına dair ölçülərə etiraz edib. Nümayişçilər qapanışların iqtisadi dəyərinə etirazlarını bildirib.

Tramp deyib ki, əgər virusun yayılmasında rolu varsa, Çin bunun nəticələri ilə üzləşəcək. Tramp administrasiyası koronavirusun yayılmasının təsadüfü olduğunu da istisna etmir.

Çinin Xarici İşlər Nazirliyi ABŞ mediasının bu haqda xəbərlərinə etiraz edrək, onların hem bir elmi əsası olmadığını deyib.

Alimlər virusun haradan qaynaqlandığı üzərində işlərini davam etdirir. Lakin virusun Uhanın heyvan bazarından yayıldığına dair fərziyyələr öndə gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG