Accessibility links

ABŞ və Britaniya Nemtsovun qətlinin arxasında duranların məsuliyyətə cəlb edilməsinə çağırıb


Amerika Birləşmiş Ştatları və Böyük Britaniya cümə günü bəyanatlarla çıxış edərək, Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində iştirak etmiş hər kəsi məsuliyyətə cəlb etməyə çağırıblar.

Rusiya məhkəməsi çərşənbə axşamı elan etdiyi qərarda Nemtsovun qətlində beş nəfəri günahkar bilib. Lakin məhrum siyasətçinin müttəfiqləri istintaqda şübhəli məqamların olduğunu və qətlin sifarişçilərinin axtarılmadığını bildirirlər.

“Biz Rusiya hökümətini Boris Nemtsovun qətlində iştirak etmiş hər kəsin, xüsusilə də bu qətlin təşkilatında iştirak edən şəxslərin cəzalandırılmasını təmin etməyə çağırırıq.” Bu sözlər Nemtsovu demokratiya və insan hüquqları carçısı adlandıran ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Böyük Britaniya isə Rusiyanın Nemtsovun qətlinin istintaqını davam etdirməli olduğunu deyir.

Britaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, onlar Boris Nemtsovun ailəsinin onun qətli ilə bağlı istintaqın daha dolğun keçirilməsi tələbini dəstəkləyirlər: “Onu ölümünə məsuliyyət daşıyanların sayı məhkəmə tərəfindən günahkar bilinənlərin sayından daha çoxdur və biz Rusiya hökümətini qətl ilə bağlılığı olan hər kəsi məsuliyyətə cəlb etməyə çağırırıq.”

XS
SM
MD
LG