Accessibility links

ABŞ-da COVID-19-dan ölənlərin sayı 300 mini keçib


Bazar ertəsi Amerika Birləşmiş Ştatlarında COVID-19-dan qeydə alınan ölümlərin sayı 300 mini keçib. Eyni zamanda həmin gün ilk amerikalıya virusa qarşı peyvənd vurulub.

Dəhşətli rəqəm milyonlarla amerikalının səyahətdən yayınma xəbərdarlığını qəbul etməməsindən və Şükran Günü üçün ailə üzvləri ilə toplaşmasından təxminən iki həftə sonraya təsadüf edir.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatlarına görə, bazar ertəsi günortadan sonra 300494 amerikalı koronavirusun səbəb olduğu COVID-19 xəstəliyindən ölüb.

Dünyada COVID-19-dan ölümlərin təxminən beşdə biri Birləşmiş Ştatların payına düşür.

COVID-19 İzləmə Layihəsinə görə, ABŞ bazar ertəsi 110549-dan çox insanı xəstəxanalara yerləşdirmə ilə yeni rekorda imza atıb.

Almaniyanın Səhiyyə naziri qitənin xəstəliyin yayılmasını dayandırmaq üçün yeni bir sərt qapanma ilə qarşılaşdığı üçün Avropa Birliyinin tənzimləyici orqanını yeni bir COVID-19 peyvəndini tezliklə təsdiqləməyə çağırıb.

Səhiyyə naziri Cens Span çərşənbə axşamı Avropa Dərman Agentliyini Milad Gününə qədər ABŞ-ın dərman istehsalçısı “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanan peyvəndi təsdiqləməyə çağırıb. Hökumət tənzimləyici orqanların hərtərəfli nəzərdən keçirmə prosesindən sonra istifadəsini tez bir zamanda təsdiqlədikdən sonra peyvənd hazırda Britaniya və ABŞ-da tətbiq olunur.

Lakin EMA rəhbəri Emer Kuk bazar ertəsi tənzimləyicilərinin peyvəndin təsdiqlənməsi ilə bağlı gözlənilən qərarı vermək üçün 29 dekabr tarixinə qədər görüşməyəcəyini deyərək, tənzimləyicilərin “Pfizer’in genişmiqyaslı klinik sınaqlarından alınan məlumatların qiymətləndirilməsini tamamlamaq üçün sutkada 24 saat çalışdıqlarını bildirib.

XS
SM
MD
LG