Accessibility links

ABŞ Dövlət Departamenti 10 ölkəni ciddi narahatlıq doğuran dövlətlər siyahısına salıb


ABŞ Dövlət Departamenti Beynəlxalq Din Azadlığı Aktına əsasən 10 ölkəni ciddi narahatlıq doğuran dövlətlər siyahısına salıb.

Bunlara Myanma, Çin, İran və Şimali Koreya ilə yanaşı, Eritrea, Sudan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Dövlət Departamentinin bildirdiyinə görə, dini azadlıqların pozulmasına görə, Pakistan "xüsusi monitorinq siyahısına" salınıb.

"Sülh, sabitlik və firavanlıq üçün din azadlığının müdafiəsi həyati mahiyyət daşıyır. Bu ölkələr din azadlığına ehtiram göstərməlidir. Bəzi dövlətlərin bu sahədə iş apardığını görür və onların səylərini yüksək qiymətləndirərək, dialoqun davam etdirilməsini səbirsizliklə gözləyirik" - deyə, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Dövlət Departamenti bu siyahıdakı ölkələrdə din azadlıqlarının iddia edilən pozuntularının konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb. Ölkələrin təsnifatı dekabrın 22-də aparılıb.

ABŞ dövlət katibi hər il din azadlıqlarının sistematik, davamlı və “dəhşətli” pozuntularına yol verən ölkələrin siyahısını elan edir.

Bəyanatda deyilir ki, dünyanın həddən artıq çox yerlərində insanlar dinlərinə və dini inanclarına görə təqib olunurlar:

XS
SM
MD
LG